Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə izdiham yaşanmışdır
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanlıların Soyqırımı Günü Naftalan şəhərində də qeyd edilmişdir.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, şəhərin rəhbərləri, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin çoxsaylı nümayəndələri Xatirə kompleksini ziyarət edərək abidə önünə əklil qoymuş, gül-çiçək düzmüşlər.
İzdihamlı anım mərasimində bir daha vurğulanmışdır ki, Azərbaycanlıların Soyqırımı Gününün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətlərindən biridir. Azərbaycanlıların kütləvi surətdə qırğına və repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması XX əsr bəşər tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Son illərdə Prezident İlham Əliyev tərəfindən bununla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür və bu, öz bəhrəsini verməkdədir.
Tədbirin sonunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]