SOYUDUCU ANBARIN TİKİNTİSİ SÜRƏTLƏ APARILIR
Saatlı, 5 noyabr (AZƏRTAC). Saatlı rayonunun Gomuşlu kəndində Muğan bölgəsinə xidmət edəcək 2 min ton tutumu olan soyuducu anbarın tikintisi sürətlə davam edir. Az müddətdə nəzərdə tutulan işlərin təqribən 25 faizi yerinə yetirilmişdir.
Tikinti sahəsində 30 nəfərdən çox işçi çalışır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə kənd təsərrufatı məhsullarının ilboyu saxlanmasına imkan yaratmaqla sahibkarların əməyini stimullaşdıracaqdır. Gələn il istifadəyə veriləcək soyuducu anbar kompleksinin xidmətindən Saatlı ilə yanaşı, qonşu rayonların fermerləri də faydalanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]