Spaletti İtaliya yığmasının Avro-2024-də həlledici təsnifat oyunlarına hazırlığını qiymətləndirib
Bakı, 17 noyabr, AZƏRTAC
İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti komandanın Avro-2024-də həlledici təsnifat oyunlarına hazırlığını qiymətləndirib. Bu barədə AZƏRTAC xəbər verir.
“Şimali Makedoniya və Ukrayna yığmalarına qarşı oyunlara yaxşı hazırlaşmışıq. Yaxşı komandamız var, biz öz gücümüzə əminik. İtaliya tariximizə və oyun üslubuna uyğun futbol göstərməlidir. Komandanın tərkibi artıq bu cür təzyiq altında olub, onlar meydanda nə etmək lazım olduğunu bilirlər”, - “Football Italia” nəşri mütəxəssisin sözlərindən sitat gətirir.
İtaliya yığması Şimali Makedoniya (17 noyabr) və Ukrayna (20 noyabr) yığmaları ilə qarşılaşacaq. Hazırda “skuadra adzura” 10 xal toplayaraq, C qrupunda 3-cü yerdə qərarlaşıb. Öndə gedən Ukrayna komandası 13 xal toplayıb və 1 oyun daha çox keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]