Stanislav Yankelevich: Azərbaycanın Avropaya nəql etdiyi enerji infrastrukturunun gücünü 2 dəfə artırmaq olar
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan digər ölkələrlə neft-qaz sahəsində tərəfdaşlıq və əməkdaşlıq qurmaqla bağlı çox böyük təcrübəyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BCG - tərəfdaşı Stanislav Yankelevich Xəzər Texniki Konfransı və Sərgisində (SPE Caspian Technical Conference and Exhibition) deyib.
O bildirib ki, Azərbaycanın aşağı karbon sənayesini inkişaf etdirmək üçün böyük potensialı var: "Enerji keçidinə gəldikdə, artıq üçüncü enerji keçidi baş verir. Əksər ölkələrin qarşısında bu keçidi dəstəkləmək üçün böyük məsuliyyət durur. Aşağı karbon keçidinin təmin edilməsi üçün 4 trilyon dollar lazımdır. Azərbaycandan Avropaya enerji çatdırılması üçün böyük infrastruktur var. Bu infrastrukturun gücü 2 dəfə artırıla bilər. Bunun üçün əsas 3 şeyə ehtiyac var: investisiya qoyuluşları, texnoloji boşluqların aradan qaldırılması, maliyyə bacarıqlarının artırılması. Bundan əlavə, məzunların ölkədə əlavə təlimlərə cəlb edilməsi vacibdir. Bu məsələlər həll olunsa, Azərbaycan öz qabiliyyətini artıraraq qlobal bazarda digər ölkələrlə rəqabətə daxil ola biləcək".