Azərbaycan Dövlət İnformasiya Agentliyi

Startap rəhbəri: Əsas məsələ restoranı düzgün formada idarə etməkdir - MÜSAHİBƏ

Startap rəhbəri: Əsas məsələ restoranı düzgün formada idarə etməkdir - MÜSAHİBƏ

Bakı, 16 mart, AZƏRTAC

Son illər qida texnologiyaları (FoodTech) sahəsində innovativ startaplar restoran biznesinin idarə olunmasına yeni yanaşmalar gətirir. Bu istiqamətdə diqqətçəkən layihələrdən biri də “Food Lab” MMC-dir. Layihə restoran sektorunda yüksək ilkin investisiya xərcləri, əməliyyat riskləri və səmərəsiz biznes modelləri kimi problemlərin həlli məqsədilə yaradılıb. “Food Lab” ənənəvi restoran modelindən fərqli olaraq “Cloud kitchen” və “Smart kitchen” yanaşmalarını tətbiq etməklə bir mətbəxdə bir neçə brendin fəaliyyət göstərməsinə və xərclərin optimallaşdırılmasına imkan yaradır. Layihə, həmçinin data əsaslı qərarvermə və rəqəmsal qida xidmətləri vasitəsilə restoranların daha çevik və səmərəli fəaliyyətini dəstəkləməyi hədəfləyir.

İnnovativ biznes modeli ilə seçilən “Food Lab” startapı dövlət tərəfindən verilən “Startap” şəhadətnaməsi də əldə edib. “Food Lab” MMC-nin təsisçisi Qədim Vəliyev platformanın yaradılması, fəaliyyət istiqamətləri, restoran sektorunda tətbiq etdiyi innovativ biznes modelləri və layihənin gələcək inkişaf planları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Food Lab” platformasının yaranma ideyası necə ortaya çıxdı, bu prosesdə hansı biznes təcrübələri və bazar analizləri əsas rol oynadı?

- “Food Lab” ideyası mənim Bakıda “Bolt Food”da çalışdığım dövrdə yaranıb, daha sonra Qazaxıstanda çalışanda bu sahədə aşağı yuxarı eyni problemləri gördüm. Yəni, bu ideyanın ortaya çıxmasının əsas səbəbi il ərzində çox sayda partnyor restoranın fəaliyyətini dayandırdığını görməyim oldu. Hər il bir çox sahibkarın restoran biznesini bağlamaq məcburiyyətində qaldığı xəbərləri ilə qarşılaşırdıq və bu məni düşündürməyə başladı: niyə bu sahədə bu qədər çox uğursuzluq yaşanır? Bu sual mənim üçün ciddi araşdırma mövzusuna çevrildi. Restoran bazarını və xüsusilə də çatdırılma sektorunu daha dərindən analiz etməyə başladım. Data göstərirdi ki, bir çox restoranın əsas problemi yüksək sabit xərclər, böyük ilkin investisiya və bəzən düzgün qurulmayan biznes modelləri idi. Bu analizlər nəticəsində mən daha çevik, daha aşağı riskli və daha səmərəli bir model üzərində düşünməyə başladım. Beləliklə, data əsaslı qərarların verildiyi və daha az kapital ilə restoran konseptlərini test etməyə imkan yaradan “Food Lab” platformasının ideyası formalaşdı.

- ⁠İdeya Azərbaycan bazarının konkret ehtiyaclarına necə cavab verir?

- Azərbaycan bazarını analiz etdikdə gördük ki, restoran sektorunda kifayət qədər struktur problemlər mövcuddur. Mənim təxmini hesablamalarıma görə, sahibkarlar hər il restoran biznesində ilkin investisiyalar (CapEx) üzrə təxminən 75 milyon manat itirirlər. Bunun üzərinə əməliyyat xərclərindən yaranan əlavə 5–10 milyon manat itkini də əlavə etdikdə, aydın olur ki, bazarda kifayət qədər restoran faktiki olaraq profit deyil, zərərlə fəaliyyət göstərir. Məhz bu problemi nəzərə alaraq “Food Lab” platforması formalaşdırılıb. Platforma restoran sahiblərinə mövcud resurslarını daha effektiv istifadə etməyə və sabit xərclərini gəlirə çevirməyə imkan yaradır. Eyni zamanda, “Food Lab” data əsaslı yanaşma ilə sahibkarlara daha düzgün qərarlar verməyə və potensial itkilərin qarşısını almağa kömək edir. Əslində problem restoran açmaq deyil, onu düzgün model ilə idarə etməkdir. “Food Lab” məhz bu problemi həll etməyə çalışır. Ona görə fərqli modellər test edərək sahibkarlar üçün ən uyğun və mənfəətli modelləri təklif edir.

- “Food Lab” MMC kimi “cloud kitchen” və “smart kitchen” modelləri Azərbaycanda restoran biznesində hansı əsas problemləri həll edir və ənənəvi restoran modelindən nə ilə fərqlənir?

- “Food Lab” hazırda Azərbaycanda iki fərqli biznes modelini uğurla həyata keçirib. Birinci model “Smart kitchen” adlanır. Bu modeldə “Food Lab”a məxsus “ağıllı mətbəx” yaradılıb və həmin mətbəxdə eyni anda bir neçə restoran brendi fəaliyyət göstərir. Bu brendlərin bir qismi franşiza əsasında əməkdaşlıq etdiyimiz restoranlardır və bu yanaşma ilə yerli sahibkarlara dəstək göstəririk. Digər brendlər isə bazar analizi və data əsaslı yanaşma ilə “Food Lab” tərəfindən yaradılmış konseptlərdir.

Modelin əsas üstünlüyü ondan ibarətdir ki, bir mətbəxdə fəaliyyət göstərən bütün brendlər üçün vahid əməliyyat komandası çalışır. Yəni hər brend üçün ayrıca işçi heyəti formalaşdırılmır, eyni əməkdaşlar bir neçə brend üzrə fəaliyyət göstərir. Bu isə əməkhaqqı, əməliyyat və digər xərclərin optimallaşdırılmasına imkan yaradır. Nəticədə restoran biznesində ən böyük problemlərdən biri olan yüksək “Opex” xərcləri ciddi şəkildə azalır. Bu model vasitəsilə biz aylıq orta hesabla 13 min müştəriyə xidmət göstərməyi bacardıq. Konseptin əsas unikal tərəfi isə ondan ibarətdir ki, xərclər maksimum optimallaşdırıldığı üçün layihə artıq ilk aylardan etibarən rentabelli işləməyə başlayır. İkinci model isə daha fərqli yanaşmaya əsaslanır. Bu modeldə zərərlə işləyən restoranların mövcud mətbəx infrastrukturu istifadə olunur. “Food Lab” həmin mətbəxdə öz partnyor brendlərindən birinin virtual açılışını həyata keçirir və restoran üçün əlavə satış kanalı yaradır.

Beləliklə, zərərlə işləyən restoran heç bir əlavə investisiya etmədən əlavə satış əldə edir və həmin satışdan komissiya qazanır. “Food Lab” partnyoru isə heç bir ilkin investisiya (CapEx) etmədən şəhərin müxtəlif nöqtələrində virtual filial açmaq imkanı əldə edir və satışdan öz payını götürür. Nəticədə hər iki tərəf qazanır. Bu model restoranlara xərclərini daha effektiv idarə etməyə və bəzi hallarda isə mövcud xərclərini birbaşa gəlirə çevirməyə imkan yaradır.

- ⁠Virtual mətbəx modelində bir mətbəxdən bir neçə brend üçün xidmət göstərmək necə idarə olunur və bu, əməliyyat xərclərinə, sifariş sürətinə və müştəri məmnuniyyətinə necə təsir göstərir?

- Virtual mətbəx modelində əməliyyatların idarə olunması “Food Lab”ın mərkəzləşdirilmiş əməliyyat komandası tərəfindən həyata keçirilir. Mətbəxdə çalışan əməkdaşlar fəaliyyət göstərən brendlərin menyu və proseslərinə uyğun şəkildə ixtisaslaşmış və həmin brendlərin mətbəxində təcrübə keçmiş personaldır. Ümumi sistemin idarə olunması isə üçtərəfli əməkdaşlıq modeli əsasında qurulub. Bu modeldə “Food Lab” çatdırılma platformaları və bu sistemləri bir-birinə inteqrasiya edən POS texnologiya şirkətləri iştirak edir. POS sistemləri vasitəsilə online sifarişlər avtomatik olaraq birbaşa mətbəx sisteminə ötürülür və kassaya inteqrasiya olunur. Beləliklə, sifarişlərin manual şəkildə daxil edilməsinə ehtiyac qalmır. Bu texnoloji inteqrasiya sifarişlərin hazırlanması prosesində yarana biləcək insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir, sifarişlərin daha sürətli və düzgün hazırlanmasına imkan yaradır. Nəticədə həm əməliyyat səmərəliliyi artır, həm də sifarişlərin vaxtında və düzgün çatdırılması sayəsində müştəri məmnuniyyətinə birbaşa müsbət təsir göstərir.

- Rəqəmsal sifariş platformaları, onlayn menyular və çatdırılma sistemləri restoran biznesinin gəlirliyini və genişlənməsini necə dəstəkləyir?

- Xüsusilə COVID-19 pandemiyasından sonra çatdırılma platformaları vasitəsilə onlayn sifarişlərdə çox ciddi artım müşahidə olundu. Bu isə restoranlar üçün yeni və çox vacib satış kanalı formalaşdırdı. İnsanların gündəlik həyat tərzində də dəyişikliklər baş verdi və bir çox hallarda evdə yemək bişirmək əvəzinə hazır yemək sifariş etmək daha geniş yayılmağa başladı. Nəticədə restoranlar son illərdə çatdırılma və onlayn sifariş kanallarına daha çox fokuslanmağa başladılar. Hazırda bir çox restoranlarda çatdırılma sifarişləri ümumi satışın təxminən 35–50 faizini təşkil edir. Bu isə çatdırılmanın restoran biznesində artıq çox böyük paya sahib olduğunu göstərir. Lakin burada sahibkarların çox diqqətli və strateji yanaşması vacibdir. Çatdırılma platformaları satış həcmini artırmaq üçün böyük imkan yaratsa da, düzgün idarə olunmadıqda bu artım mütləq şəkildə mənfəətin artması demək deyil. Yəni yanlış qiymət strategiyası, menyu planlaması və xərclərin düzgün idarə olunmaması nəticəsində restoranlar online satışlarını artırsa belə, paralel olaraq mənfəətlərini artıra bilməyə bilərlər. Onlayn satışın artması hər zaman mənfəətin artması demək deyil – restoranlar çatdırılma kanallarını ağıllı idarə etməlidir.

- “⁠Food Lab” MMC və bənzər startaplarda süni intellekt və data analitikası necə istifadə olunur və bu texnologiya müştəri davranışlarını və xidmət keyfiyyətini necə optimallaşdırır?

- “Food Lab” əslində data əsaslı qərarvermə modeli ilə işləyən bir platformadır. Yəni “Food Lab”da qərarlar intuisiya ilə deyil, data ilə verilir. Platformada qəbul olunan bir çox strateji və əməliyyat qərarları əldə etdiyimiz məlumatların analizi əsasında formalaşdırılır. Bu məlumatların bir hissəsi artıq “Food Lab” daxilində formalaşmış müştəri bazasının davranışlarına əsaslanır, digər hissəsi isə tərəfdaş şirkətlərdən NDA (məxfilik razılaşması) çərçivəsində əldə olunan bazar məlumatlarına söykənir. Məsələn, “Food Lab” mətbəxinin yerləşdiyi lokasiya təsadüfi seçilməyib. Əvvəlcə həmin ərazilərdə çatdırılma sifarişlərinin intensivliyi, sifariş saatları və müştəri davranışları analiz olunub. Bu analizlər əsasında ən yüksək tələb olan ərazilər müəyyən edilib və mətbəxin yerləşməsi buna uyğun planlaşdırılıb. Eyni yanaşma brend portfelinin formalaşdırılmasında da istifadə olunur. Müştərilərin hansı mətbəx növlərinə və restoran konseptlərinə daha çox üstünlük verdiyini analiz etdikdən sonra həmin tələbatı qarşılayan brendlər mətbəxə əlavə edilir və ya yeni konseptlər yaradılır.

Bundan əlavə, həm platformalardan əldə olunan satış məlumatları, həm də müştərilərdən birbaşa və dolayısı ilə gələn feedback-lər davamlı şəkildə analiz olunur. Bu məlumatlar əsasında əməliyyat prosesləri, menyular və xidmət keyfiyyəti daim optimallaşdırılır.

- Azərbaycanda françayzinq və “cloud kitchen” şəbəkələrinin inkişafı üçün hansı çətinliklər mövcuddur və “Food Lab”’ bu çətinlikləri necə fürsətə çevirir?

- Françayzinq modelinin inkişafında ən böyük problemlərdən biri bir çox restoran brendinin öz daxili əməliyyat standartlarını kifayət qədər formalaşdıra bilməməsidir. Yəni bir çox sahibkar brendini böyütmək və françayzinq modelinə keçmək istəyir, lakin bunun üçün tələb olunan əməliyyat sistemi, standartlaşdırılmış proseslər və idarəetmə mexanizmləri tam qurulmadığı üçün bu addımı atmaq çətinləşir. Başqa sözlə desək, françayzinq yalnız brend adı ilə deyil, standartlaşdırılmış və təkrarlana bilən biznes sistemi ilə işləyir. Bu sistem qurulmadıqda isə brendi françayzinq kimi təqdim etmək mümkün olmur. “Food Lab” bu istiqamətdə bəzi restoran sahibləri ilə əməkdaşlıq edərək onların əməliyyat sistemlərinin qurulması üzərində çalışır. Bu prosesdə müxtəlif üçüncü tərəf tərəfdaşlar və ekspertlər də cəlb olunur və məqsəd brendlərin françayzinq üçün uyğun əməliyyat modelini formalaşdırmaqdır.

“Cloud kitchen” modelinə gəldikdə isə, burada əsas çətinliklərdən biri “ağıllı mətbəxlər” üçün uyğun lokasiyaların əldə edilməsidir. Bu tip infrastrukturların qurulması müəyyən hüquqi və inzibati proseslər tələb edir və bəzən bu proseslər kifayət qədər uzun çəkə bilir. Bu istiqamətdə “Food Lab” müxtəlif dövlət qurumları ilə görüşlər keçirir və bu modelin inkişafı üçün hansı hüquqi və institusional imkanların mövcud olduğunu araşdırır. Məqsəd Azərbaycanda cloud kitchen modelinin daha sistemli və dayanıqlı şəkildə inkişafına töhfə verməkdir.

- Rəqəmsal qida xidmətləri və virtual restoranların yerli bazarda rəqabət üstünlüyü nədən ibarətdir və müştəri etibarını artırmaq üçün hansı strategiyalar tətbiq olunur?

- Rəqəmsal qida xidmətləri və virtual restoranların əsas rəqabət üstünlüyü onların daha çevik və data əsaslı model üzərində işləməsidir. Ənənəvi restoranlardan fərqli olaraq, virtual restoranlar böyük investisiya və fiziki servis sahəsinə ehtiyac olmadan daha sürətli şəkildə bazara daxil ola və yeni konseptləri test edə bilirlər. Bu isə həm xərclərin optimallaşdırılmasına, həm də bazarın dəyişən tələbinə daha tez uyğunlaşmağa imkan yaradır. Eyni zamanda, rəqəmsal platformalar vasitəsilə restoranlar müştəri davranışlarını daha dəqiq analiz edə bilir. Hansı məhsulların daha çox sifariş edildiyi, sifariş saatları, müştəri rəyləri və digər məlumatlar xidmətin davamlı şəkildə optimallaşdırılmasına kömək edir.

Müştəri etibarını artırmaq üçün isə bir neçə əsas strategiya tətbiq olunur. Bunlardan biri keyfiyyət və standartların stabil saxlanılmasıdır. Virtual restoran modelində məhsulun keyfiyyəti, qablaşdırma və çatdırılma sürəti müştəri təcrübəsinin əsas elementləridir. Digər vacib faktor isə şəffaflıq və müştəri “feedback”lərinin aktiv şəkildə analiz olunmasıdır. Müştərilərdən gələn rəylər davamlı şəkildə izlənilir və bu məlumatlar xidmətin və menyunun təkmilləşdirilməsi üçün istifadə olunur. Nəticə etibarilə rəqəmsal qida xidmətləri yalnız yeni satış kanalı deyil, həm də restoran biznesinin daha texnologiya əsaslı və çevik modelə keçidini təmin edən bir ekosistem yaradır.

- Gələcəkdə qida texnologiyaları sahəsində hansı trendlər həlledici olacaq? Avtomatlaşdırılmış mətbəx, süni intellekt əsaslı sifariş idarəetməsi, ekoloji və “yaşıl restoran” modelləri, yoxsa yeni rəqəmsal marketinq və loyallıq platformaları?

- Qida texnologiyalarının gələcəyinə baxdıqda burada iki əsas istiqamətin xüsusilə önəmli rol oynayacağını düşünürəm. Birinci istiqamət mətbəx və əməliyyatların avtomatlaşdırılmasıdır. Restoran biznesində ən böyük çağırışlardan biri əməliyyat proseslərinin effektiv və stabil şəkildə idarə olunmasıdır. Buna görə də gələcəkdə sahibkarlar mətbəxlərini elə qurmağa çalışacaqlar ki, proseslər maksimum avtomatlaşdırılsın və bütün əməliyyat zənciri fasiləsiz şəkildə işləsin. Məqsəd odur ki, mətbəx sistemi mümkün qədər standartlaşdırılmış və “maşın kimi işləyən” bir modelə çevrilsin. Bu yanaşma həm xərclərin optimallaşdırılmasına, həm də xidmət keyfiyyətinin stabil saxlanmasına kömək edir.

İkinci istiqamət isə rəqəmsal marketinq və müştəri loyallıq platformalarıdır. Fiziki restoranlarda rəqabət adətən daha məhdud olur, çünki müştərilər əsasən özlərinə yaxın bir neçə restoran arasında seçim edirlər. Lakin onlayn platformalarda vəziyyət tam fərqlidir. Müştəri cəmi bir neçə dəqiqə ərzində 5–10 müxtəlif restoranın menyusunu müqayisə edə bilir və qərar verir. Bu isə rəqabəti xeyli artırır. Məhz buna görə restoranlar üçün rəqəmsal marketinq strategiyaları, brend təbliği və müştəri loyallıq proqramları getdikcə daha vacib rol oynayacaq. Bu alətlər restoranlara yalnız yeni müştərilər cəlb etməyə deyil, həm də mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmağa kömək edir.

- Layihə hazırda hansı xarici bazarlarda fəaliyyət göstərir və bu prosesdə qarşılıqlı iqtisadi əməkdaşlıq necə təmin edilir? MMC-nin gələcək üçün əsas hədəfləri və inkişaf strategiyası nədir?

- Hazırda “Food Lab” layihəsi əsasən Azərbaycan bazarında fəaliyyət göstərir. Bununla yanaşı, regionda yeni bazarların araşdırılması üzərində də aktiv şəkildə çalışırıq. Xüsusilə Qazaxıstan bazarı hazırda ciddi şəkildə analiz olunur və gələcəkdə Azərbaycan brendlərinin həmin bazarda “Ccloud kitchen” formatında test edilməsi nəzərdə tutulur. İlkin mərhələdə əsas məqsəd mənfəət əldə etmək deyil, bazarı öyrənmək və müştəri bazasını formalaşdırmaqdır. Buna görə test mərhələsində əldə olunan mənfəətin böyük hissəsinin yerli tərəfdaşlara verilməsi planlaşdırılır. Bunun qarşılığında isə “Food Lab” həmin bazarda əlavə böyük investisiyalar etmədən fəaliyyət göstərmək və bir il ərzində bazarı daha dərindən öyrənmək imkanı əldə etməyi hədəfləyir. “Food Lab”ın əsas strategiyası ilk növbədə Azərbaycan bazarında modeli inkişaf etdirmək və uğurlu əməliyyat sistemini formalaşdırmaqdır. Paralel olaraq isə bu modeli digər regional bazarlara uyğunlaşdıraraq tətbiq etmək planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Tramp: İranla müharibə ehtimalının azalması fonunda neftin qiyməti kəskin ucuzlaşır

Oman sahillərində mərmi zərbəsinə məruz qalan gəmi batıb

Tramp İranla bağlı hərbi əməliyyatların bərpasına qərar verməyə tələsmədiyini bildirib

Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat