Stiven Uitkoff 2026-cı ilin əvvəlində vəzifəsini tərk edə bilər
Bakı, 12 dekabr, AZƏRTAC
ABŞ Prezidentinin sülh məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff 2026-cı ilin əvvəlində vəzifəsini tərk edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, hətta xüsusi nümayəndə strukturunun özü yanvar ayına kimi ləğv edilə bilər. Avropalıların fikrincə, ən uyğun olmayan vaxtda atıla biləcək bu addım danışıqlarda sabitliyi pozmuş olardı.
“Kyiv Post” qəzeti bir müddət əvvəl onu da bildirmişdi ki, Avropa liderlərinin dekabrın 15-də Berlində Ukrayna üzrə planlaşdırdığı görüşdən ABŞ-ın mümkün imtinası Avropa İttifaqı üçün fəlakətli ssenaridir.
Nəşrin fikrincə, Amerika nümayəndə heyətinin görüşdə iştirakı qeyri-müəyyən olaraq qalır və bu məsələ “Böyük üçlük” ölkələri (Almaniya, Böyük Britaniya və Fransa) ilə Ukrayna arasında ərazi və təhlükəsizlik məsələlərinə dair danışıqlardakı irəliləyişindən asılıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]