Azərbaycan Dövlət İnformasiya Agentliyi

STM sədri: Nəticəsi açıqlanmayan sorğular da keçiririk – MÜSAHİBƏ

STM sədri: Nəticəsi açıqlanmayan sorğular da keçiririk – MÜSAHİBƏ

“Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır”

Bakı, 27 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Zahid müəllim, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuların nəticələrinin dövlət qurumlarının fəaliyyətinə göstərdiyi təsiri barədə fikirlərinizi öyrənmək istərdik.

-Bizim 5 ilə yaxın müddətdə hazırladığımız 40-dan artıq müxtəlif məzmunlu kitablarımızın, jurnallarımızın mütləq əksəriyyəti dövlət qurumlarına təqdim edilib. Onların verdiyi reaksiyalar bu dövr ərzində qərar qəbuletmədə Mərkəzin irəli sürdüyü baxışların, yanaşmaların, təhlili sənədlərin və arayışların yekunlarını obyektivcəsinə qiymətləndirməsinə kömək edir. Aparılan sorğuların nəticəsi onu deməyə əsas verir ki, buna qədərki dövrdə əgər dövlət və hakimiyyət orqanları istənilən məsələyə yanaşmanı özlərinin cari baxışları əsasında verirdilərsə, indi tədricən bu platforma onlara təsir edir.

İcra hakimiyyəti orqanları, onların fəaliyyəti istiqamətində də sorğularımız var. Məsələn, insanlar hansı islahatların aparılmasını istəyirlər? Bizim hədəfimizdə olan mühüm məsələlərdən biri də icra hakimiyyəti orqanları ilə bağlı olub. Başadüşüləndir ki, dövlət qurumları öz fəaliyyətlərini sorğuların nəticələrindən fərqli görürlər və o cür təqdim etməyə çalışırlar. Amma vətəndaş rəyi çox önəmlidir. Səkkiz icra başçısının həbs edilməsi də qeyd olunan məsələlərin məntiqi davamıdır. Yəni, onların fəaliyyətinə açılacaq iş yerləri, əhalinin razılığı və sair əsaslarla qiymət verilir. Bu, bir epiqrafdır, dövlət kursunun əsaslanan xəttidir. Bildiyim qədər dövlət və hakimiyyət orqanları bu istiqamətdə sistemli işlər aparırlar.

-STM-in Nizamnaməsindən hansısa müddəaların çıxarılması, həmçinin orada əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?

-Təkcə Sosial Tədqiqatlar Mərkəzinin, yaxud dövlətin hər hansı strukturunun nizamnaməsində deyil, ümumilikdə hər bir azərbaycanlının düşüncəsində inqilabi dəyişikliklər baş verməlidir. Belə ki, Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır. Ona görə də 44 günlük müharibə və bir günlük antiterror tədbirlərinin bizim həyatımıza gətirdiyi yenilikləri qəbul etməli, o çağırışları düzgün hesablamalı və qarşıdakı işləri bu ideologiya ilə həyata keçirməliyik. Eyni zamanda, gələcəkdə yeni strategiyaların hazırlanmasını hazırkı dövr ən vacib məsələlər kimi qarşımıza məqsəd olaraq qoyur.

Vətən müharibəsindən sonra Sosial Tədqiqatlar Mərkəzi 700 mindən artıq məcburi köçkünün öz doğma yurdlarına qayıdışı ilə bağlı 200 səhifəyə yaxın tədqiqat işi hazırlayıb. Hazırda işğaldan azad olunan ərazilərə əhalinin qayıtmasının sadəcə beynəlxalq nəzəri və hüquqi əsasları var, amma praktiki nümunələri yoxdur. Yəni, hazırda dünyada öz yurdlarına geri dönmüş xalq nümunəsi yox idi. Amma Azərbaycan artıq dünyada bunun praktiki nümunəsini yaratdı. Bu tədqiqat işimiz də Prezident İlham Əliyevə təqdim olunub. Baxmayaraq ki, hərbi meydanda savaş bitib, amma informativ, diplomatik müstəvidə, beyin mərkəzləri istiqamətində yeni-yeni təhdidlər və risklər mövcuddur.

-STM gələcək fəaliyyətlərində hansı istiqamətlər üzrə sorğular keçirməyi planlaşdırır?

-İlk növbədə, bütün sahələrdə güclü vətəndaş hazırlanması məqsədilə fəaliyyətlərin genişlənməsi üçün tədqiqatlar aparıla bilər. Təhsilə, səhiyyəyə əlçatanlığın təmin edilməsi, insanların sağlamlığının yerində olması vacib məsələlərdir. Biz vətəndaşların müxtəlif sosial problemləri, istəkləri, tələbləri ilə bağlı 2024-cü ildə tədqiqatlarımızı genişləndirəcəyik.

Digər istiqamət isə Böyük Qayıdışla bağlı məsələdir. Belə ki, bu, yəni qayıdış yalnız konkret sayda insanın dağıdılmış ərazidə yeni tikilən evlərə getməsi ilə bağlı deyil. Ona görə qayıdışla bağlı insanlar arasında milli birliyin təmin edilməsi vacib elementdir. Bilmək lazımıdır ki, bu, bir evə getməkdən də böyük hadisədir. Bundan əlavə, dövlətin siyasi-ideoloji sisteminin hazırlanmasında Mərkəzin üzərinə çox vacib öhdəliklər düşür. Üçüncüsü, bölgədə kommunikasiyalar açılacağı təqdirdə bir sıra tarixi əlaqələr bərpa olunacaq. Bu da yeni çağırışlarla qarşılaşacağımız anlamına gəlir.

-Mərkəz nəticəsi ictimaiyyətə açıqlanmayan sorğular da keçirirmi? Keçirilirsə bunun mahiyyətində nələr durur?

-Nəticəsi açıqlanmayan sorğuların hamısı bir qədər qapalı formatda aparılır, çünki dövlətin həmin məsələlərlə bağlı planları mövcuddur. Bizim açıqlamadığımız sorğulara ölkə əhalisinin müxtəlif problemlərə baxışları, etnik-milli və regional, həmçinin Azərbaycanda bəzi ölkələrin nüfuzunun hansı səviyyədə olması və digər məsələlər daxildir. Ümumiyyətlə, araşdırma və beyin mərkəzlərinin dünya arealında fəaliyyətlərinin heç də hamısı açıqlanmır, müəyyən məqsədlərə xidmət edir.

Misal olaraq, STM 2022-ci və 2023-cü illərdə apardığı sorğularla Xankəndidə yaşayan erməni sakinlərinin müxtəlif məsələlərə baxışlarını öyrənməyə çalışıb. Qeyd olunan bu sorğuların nəticələri ictimaiyyətə açıqlanmayıb, çünki dövlətin istifadəsi üçün edilib. Sorğuların nəticələri dövlətimizin başçısı tərəfindən də yüksək qiymətləndirildi. Tədqiqatlardan gəlinən nəticə bu idi ki, Xankəndidə yaşayan ermənilərin 70 faizdən çoxu müstəqillikdən tamamilə kənar bir mövqedə idilər. Yəni, özlərini Azərbaycan torpağında ikinci erməni sisteminin bir hissəsi kimi təsəvvür etmir, hətta oradakı keçmiş qondarma rejimə də inanmırdılar. Erməni əhalisinin təfəkküründə böyük transformasiya və dəyişiklik baş verib. Buna qədərki dövrdə erməni ideoloqlarının əli ilə onlar inandırılmışdı ki, siz Xankəndidə müstəqil dövlət qurub yaşaya bilərsiniz.

Son 5 ildə Mərkəzin Qarabağa dair 10-a yaxın tədqiqat layihəsi olub. Tədqiqat işlərinin əksəriyyəti dövlət işi üçün çox yararlı sənədlər sayıla bilər.

Azərbaycanda sosioloji praktikada sorğuların keçirilməsi geniş şəkildə yayılmadığı üçün bəzən insanlarda şübhə, bir sıra hallarda ehtiyatlılıq, narahatlıq müşahidə olunur. Həmçinin də vətəndaşlar ildən-ilə proseslərin effektivliyini görürlər ki, sorğular onların mənafelərinə bağlıdır, vəziyyətlərinin yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər