Stokholmda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Stokholm, 1 aprel (AZƏRTAC). Stokholmda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” Cəmiyyətinin təşkil etdiyi tədbirdə İsveç ictimaiyyətinin, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri və başqaları iştirak etmişlər.
“Odlar Yurdu” Cəmiyyətinin sədri Sevinc Bakılı tədbirdə çıxış edərək vurğulamışdır ki, 1918-ci ilin martında Bakıda və Bakı quberniyasında, habelə Azərbaycanın digər şəhər və kəndlərində baş verən hadisələr erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin növbəti təzahürü olmuşdur. Bildirilmişdir ki, bu siyasət hələ də davam etdirilir.
Sonra Stokholmdakı Azərbaycan diasporunun nümayəndəsi Leyla Kiani 1918-20-ci illərdə azərbaycanlıların planlı şəkildə məhv edilməsi ilə bağlı tarixi faktları təqdim etmiş və suallara cavab vermişdir.
Tədbir 1918-ci il hadisələri barədə filmə baxışla davam etmişdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]