STOLÜSTÜ TENNİS ÜZRƏ ÖLKƏ ÇEMPİONATININQALİBLƏRİ MƏLUM OLMUŞDUR
Yarışda paytaxt idmançıları ilə yanaşı, Sumqayıt, Gədəbəy, Şəki, Quba və digər rayonlardan, ümumilikdə, 22 komandanın tərkibində 80–dək idmançı mübarizə aparmışdır.
Kişilərin komanda birinciliyində Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri birinci yerə layiq görülmüşlər. Qadınlar arasında isə eyni nəticəni Sumqayıt komandası göstərmişdir.
Müxtəlif yaş qrupunda olan idmançıların qatıldığı və gənc tennisçilərin xüsusi fəallığı ilə seçilən çempionatın nəticələrinə əsasən, Ramil Cəfərov kişilər, Büllurə Eminova isə qadınlar arasında şəxsi birinciliyin qalibi olmuşlar.
Fərhad İsmayılov – Vaqif Məmmədov cütlüyü kişilər, Büllurə Eminova – Səbinə Əhmədova cütlüyü isə qadınlar arasında keçirilən qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Qarışıq qoşa yarışlarda isə Emin Hidayətzadə - Büllurə Eminova cütlüyü qalib gəlmişdir.
Birincilikdə fərqlənmiş idmançılar aprelin sonlarında Almaniyanın Bremen şəhərində keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]