REGİONLAR
Su arxının kənarından silah-sursat tapılıb
Biləsuvar, 26 fevral, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki su arxının yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [20:38]
Neftçalada 200-dən çox sərv ağacı əkilib
- 11.05.2024 [19:34]
Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb
- 11.05.2024 [19:13]
Naxçıvanda yol qəzası baş verib, bir nəfər xəsarət alıb
- 11.05.2024 [17:02]
Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub
- 11.05.2024 [10:30]
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
- 10.05.2024 [20:37]
Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib
- 10.05.2024 [19:33]