Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri 5 İyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramlarını qeyd edirlər.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur.

AZƏRTAC xəbər verir ki, hər iki qurumun rəhbərləri və əməkdaşları iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Daha sonra Bakı Biznes Mərkəzində “Azərbaycanda su təsərrüfatı və meliorasiyanın inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.

Sərgi ilə tanışlıqdan sonra “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu vurğulayaraq qeyd edib ki, bu siyasət indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sahənin maddi-texniki bazası gücləndirilib, 4,2 min kilometr suvarma kanallarının, 2,8 min kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. 413 min hektar suvarılan torpaqların su təminatı və 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 166 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Həmçinin 2273 ədəd subartezian quyusu qazılıb, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib, ümumi sututumları 456 milyon kubmetr olan 4 su anbarı tikilib, 15,5 milyon kubmetr tutumu olan 3 su anbarı təmir-bərpa edilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ötən il gördüyü işlər barədə də ətraflı məlumat verən Ə.Əhmədzadə bildirib ki, Araz çayının 54,2 kilometr uzunluğunda yeni qol kanalına beton üzlük çəkilməsi işləri tamamlanıb və əlavə olaraq 13145 hektar (Saatlıda 2500, İmişlidə 9645 və Biləsuvarda 1000 hektar) olmaqla, ümumilikdə, 53 min hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılıb. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalı istifadəyə verilib. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə birinci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 kilometr uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılıb.

Neftçala rayonu ərazisində uzunluğu 24,9 kilometr olan Neftçala magistral kanalının son 11,4 kilometr hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 hektar sahənin su təminatı yaxşılaşdırılıb və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektarı yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilib.

Diqqətə çatdırılıb ki, Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilib. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə layihə-axtarış işləri yerinə yetirilib, kanalın 123 kilometrlik hissəsinin yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılır. Kanal yenidən qurulmaqla ümumi uzunluğu təxminən 190 kilometr, suburaxma qabiliyyəti 180 kubmetr/saniyə olan beton üzlükdə inşa olunacaq, sızma itkiləri azaldılacaq, əlavə sahələr suvarma suyu ilə təmin ediləcək.

M.Əhmədzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 2018-ci il 5 noyabr tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri tamamlanıb.

Ötən il Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Lerik rayonunda işlər yekunlaşıb və şəhərin içməli su sistemi və kanalizasiya şəbəkəsi əhalinin istifadəsinə verilib. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor-drenaj şəbəkəsinin tikintisi işləri aparılıb. Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında sugötürücü qurğunun və nəqledici kanalın tikintisi tamamlanıb, Samur-Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olub.

2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılıb və 8860 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb.Respublika üzrə 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9 milyard kubmetr su götürülüb, su ayrıclarından 6,3 milyard kubmetr su verilib və bitkilər 3 dəfədən çox suvarılıb.

Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. İyunun 1-nə olan məlumata görə, taxıl bitkiləri 535 min hektar sahədə 2,3 dəfə suvarılıb, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bəzi layihələrin uğurla başa çatdırıldığını, bir sıra layihələrin isə hazırda davam etdirildiyini bildirib. Qeyd edib ki, ölkə əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Ötən illərdə görülən işlərdən danışan Q.Hüseynov diqqətə çatdırıb ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə paytaxtın su təchizatı xeyli yaxşılaşdırılıb. Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradılıb, Abşeron yarımadasına 262,5 kilometr özüaxımlı magistral su kəməri inşa edilib. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyulub. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verilib. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su, ultrasüzgəc texnologiyasına əsaslanmaqla, heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir.

Həmçinin Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsini içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltmək üçün Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verilib. Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 kilometr uzunluğunda 4 magistral kəmər çəkilib.

Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, Xanbulan, Qobustan və Ağstafa sutəmizləyici qurğuları da istismara verilib.

Q.Hüseynov qeyd edib ki, regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən çox insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğudan Gəncə şəhərinə 27 kilometr, Şəmkir şəhərinə 16,5 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Ümumilikdə son illər yaradılmış və məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni içməli su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılıb və 50 şəhər-rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı, ümumilikdə, 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

Bildirilib ki, ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 7 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 18 min kilometrdən çox magistral və paylayıcı su kəmərləri, 4000 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 120-dək su və kanalizasiya nasos stansiyası tikilib, 335 artezian və subartezian quyusu qazılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 82 faizə çatdırılıb. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı iki dəfədən çox artıb, abonentlərin sayı isə 590 min artaraq 1 milyon 470 minə çatıb.

“2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 69,9 faizə qalxıb”, - deyən Q.Hüseynov diqqətə çatdırıb ki, istehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı suların təhlil edilən göstəriciləri 39-dan 110-a, nümunə sayı 7 mindən 16 minə, monitorinq nöqtələrinin sayı 180-dən 1300-ə çatdırılıb. Bu təcrübədən istifadə etməklə respublika üzrə 9 regional laboratoriyanın yaradılması işləri yekunlaşıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür.

Hazırda 13 şəhərdə işlər davam etdirilir. Bu il Ağdaş, Qəbələ və Qaxda su və kanalizasiya, Xırdalan və Şəmkirdə isə su şəbəkələrinin tikintisi başa çatdırılacaq.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları çıxışlarında su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksinin hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirildiyini bildiriblər. Çıxışlarda su təsərrüfatı və meliorasiya işçilərinin bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə olunub, qarşıda duran vəzifələrdən danışılıb.

Tədbirin sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb