SUALTI BORU KƏMƏRLƏRİNİN ÇƏKİLİŞİNƏ BAŞLANMIŞDIR
“Mərkəzi Azəri” layihəsi üzrə sualtı boru kəmərlərinin çəkilişinə başlanmışdır. Kəmərlərin inşasını MakDermott Kaspian Kontraktorz şirkəti həyata keçirir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin içtimaiyyətlə əlaqələr şöbəsindən müxbirimizə bildirmişlər ki, modernləşdirilmiş “İsrafil Hüseynov” borudüzən gəmisinin köməyi ilə “Mərkəzi Azəri” platformasından Səngəçal terminalınadək 30 düyümlük neft və 28 düyümlük qaz kəmərlərindən əlavə, müxtəlif ölçüdə yataqdaxili və yataqlararası qaz, neft, lay suları və suvarma kəmərləri çəkiləcəkdir. Bu kəmərin ümumi uzunluğu 600 kilometr olacaqdır. Sualtı kəmərlərin qurudakı hissələri bu ilin yayında, “Mərkəzi Azəri”yədək əsas ana xətlər isə gələn ilin yazınadək çəkiləcəkdir. “Mərkəzi Azəri”dən ilk neftin hasilatı 2005-ci ilin birinci rübünə planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]