Sudanda davam edən döyüşlər nəticəsində həlak olan dinc sakinlərin sayı 850-yə çatıb
Bakı, 20 may, AZƏRTAC
Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında davam edən döyüşlər nəticəsində indiyədək azı 850 dinc sakin həlak olub, 3400-ə yaxın insan yaralanıb.
AZƏRTAC “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb.
Həlak olan və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri əsasən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmirlər.
Hazırda paytaxt Xartumda və bəzi əyalətlərdə hərbi əməliyyatlar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]