Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhün iqtisadi dividendləri tranzit və enerji əməkdaşlığıdır - ŞƏRH

Sülhün iqtisadi dividendləri tranzit və enerji əməkdaşlığıdır -  ŞƏRH

Bakı, 4 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur. Çıxışda həm regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq institutların bu prosesə münasibətdə sərgilədiyi fərqli yanaşmalar aydın şəkildə ifadə olunub. Ən diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə toplantısının Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt, formal diplomatik jestdən daha çox, postmünaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər, belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsi hesab oluna bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, bu yanaşma, həm də Azərbaycanın irəli sürdüyü “tarazlı platforma” prinsipinin qəbul edildiyini göstərir: “Prezidentin çıxışında sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığı, konkret iqtisadi nəticələrlə müşayiət olunduğu xüsusi vurğulandı. Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması və qısa müddətdə 28 min ton yük daşınmasının təmin edilməsi regionda iqtisadi inteqrasiyanın real əsaslarının formalaşdığını göstərir. Digər məqam isə Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsidir. Bu addım klassik rəqib ölkələr arasında iqtisadi əməkdaşlığın başlanğıcı kimi deyil, daha çox qarşılıqlı asılılıq üzərindən sabitliyin möhkəmləndirilməsi strategiyası kimi qiymətləndirilməlidir. Bu kontekstdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan nəqliyyat təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək bu marşrut, eyni zamanda, Orta Dəhlizin tərkib hissəsi kimi Avrasiya nəqliyyat xəritəsində yeni dinamika yaradır. Layihə yalnız regional deyil, qlobal logistika baxımından da strateji əhəmiyyətə malikdir. Ermənistan üçün isə bu, uzun illər davam edən iqtisadi izolyasiyadan çıxış imkanı deməkdir. Beləliklə, sülh prosesi ilk dəfə olaraq “dividend” gətirən mexanizmə çevrilir. Bununla yanaşı, çıxışda Avropa institutlarına münasibətdə sərgilənən fərqli yanaşmalar da diqqəti cəlb edir. Avropa Komissiyasının konstruktiv mövqeyi xüsusi qeyd olunsa da, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə kəskin tənqidi münasibət bildirildi. Azərbaycanın arqumenti ondan ibarətdir ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq əvəzinə, siyasi qərəz və ikili standartlar əsasında qərarlar qəbul edirlər”.

Deputat qeyd edib ki, xüsusilə 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən tətbiq olunan məhdudiyyətlər rəsmi Bakı tərəfindən selektiv yanaşma kimi qiymətləndirilir: “Avropa Parlamentinə yönələn tənqidlər konkret onların qəbul etdiyi qətnamələrlə bağlıdır. Qısa müddət ərzində qəbul edilmiş çoxsaylı qətnamələr artıq institusional qərəzin göstəricisinə çevrilib. Burada əsas arqument ondan ibarətdir ki, Avropa Parlamenti öz daxilində mövcud olan fundamental problemləri həll etmək əvəzinə, xarici siyasi gündəlik üzərindən populist mövqe sərgiləyir. Nəticə etibarilə, Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığı dayandırmaq qərarı diplomatik təzyiqlərə qarşı institusional cavab kimi təqdim olunur. Bütün bu ziddiyyətlər fonunda Azərbaycanın əsas xətti dəyişməz qalır: sülh gündəliyinə sadiqlik. Prezident İlham Əliyevin çıxışının yekun hissəsində vurğulanan bu məqam, Bakının strateji prioritetinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulduğunu göstərir. Ermənistan rəhbərliyinin də verdiyi açıqlamalar fonunda bu mövqe qarşılıqlı şəkildə təsdiqlənir”.

“Hesab edirəm ki, “Avropa Siyasi Birliyi” platformasında səsləndirilən bu mesajlar bir neçə mühüm nəticəni ortaya qoyur. Birincisi, Cənubi Qafqazda sülh artıq abstrakt məqsəd deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə müşayiət olunan reallıqdır. İkincisi, regionda formalaşan yeni nizam beynəlxalq aktorların yanaşmalarını da yenidən nəzərdən keçirməyə məcbur edir. Üçüncüsü isə, Azərbaycan bu prosesdə yalnız iştirakçı deyil, eyni zamanda, təşəbbüskar və gündəm formalaşdıran aktor kimi çıxış edir. Belə bir şəraitdə əsas sual bundan ibarətdir: beynəlxalq institutlar regionda yaranan yeni reallıqları qəbul edib konstruktiv mövqe sərgiləyəcəklər, yoxsa mövcud ziddiyyətlər sülh prosesinin institusional müstəvidə ləngiməsinə səbəb olacaq? Hazırkı mərhələdə görünən odur ki, regional dinamika artıq geriyə dönüşü çətin olan bir mərhələyə daxil olub və bu dinamikanın əsas hərəkətverici qüvvəsi məhz praqmatik əməkdaşlıqdır”,- deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar