Sumqayıt məktəblisi dünya olimpiadasında qızıl medal qazanıb
Sumqayıt, 24 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt təhsili daha bir uğura imza atıb. "IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən Sumqayıt məktəblisi böyük nailiyyət əldə edib.
Virtual formatda təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-a bildirilib ki, olimpiadada iştirak edən Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl medala layiq görülüb. Ölkəmizi digər təmsil edənlər - Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:57]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]