SUMQAYIT TEATRININ FƏXRİ
Teatrın yerləşdiyi Səməd Vurğun adına Mədəniyyət sarayının binası uzun müddət acınacaqlı vəziyyətdə olmuş və yaradıcı kollektivin işini tamamilə pozmuşdu. 2003-cü il aprelin 3-də Prezident Heydər Əliyev Sumqayıtda olarkən çıxışında bunu kəskin tənqid etmişdi. Hazırda sarayın binası əsaslı təmir olunmuşdur.
Yubileyə toplaşanlar xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev yubilyarı təbrik etdi, teatrın 35 illik fəaliyyətindən danışdı. O, xüsusi vurğuladı ki, aktyorun bənzərsiz, yüksək peşəkarlığı, istedadı ona şöhrət və tamaşaçı məhəbbəti qazandırmışdır.
Teatr Xadimləri İttifaqı idarə şurasının sədri, xalq artisti, professor Azər Paşa Neymətov, Azərbaycan Milli Dram Teatrının direktoru, xalq artisti Əliabbas Qədirov, “Azərikimya” Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı Fikrət Sadıqov, şair-dramaturq, Milli Məclisin deputatı Vaqif Səmədoğlu, Səməd Vurğun adına fondun sədri Aybəniz Vəkilova və başqaları yubilyarı təbrik etdilər.
Respublikanın tanınmış aktyorları maraqlı, şən bayram təbrikləri ilə çıxış etdilər.
Sonra V.Səmədoğlunun “Bəxt üzüyü” tamaşası göstərildi. Hələ 18 il əvvəl yubilyar bu tamaşada müvəffəqiyyətlə çıxış etmişdi. Valeh Kərimovun komik personaj olan Moşu və xalq artisti Afaq Bəşirqızının Söylü rollarını məharətli ifası bütün tamaşa boyu gurultulu alqışlarla müşayiət olundu.