SUMQAYITDA “AĞSAQQALLAR EVİ” TİKİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində “Ağsaqqallar evi” layihəsinin təqdimatı olmuşdur. Sumqayıt ağsaqqallarının may ayında şəhər rəhbərliyi ilə keçirilmiş görüşündə Şura üçün inzibati binanın tikilməsi barədə qərar qəbul edilmişdi.
Şəhərin mərkəzində, 5-ci məhəllədə yerləşəcək ikimərtəbəli “Ağsaqqallar evi”ndə 7 otaq və 180 yerlik iclas salonu olacaqdır.