Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb
Sumqayıt, 27 mart, AZƏRTAC
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də şəhər ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları, habelə 300 manat dəyərində qızıl sırğa və spirtli içki oğurlamaqda şübhəli bilinənlər - şəhər sakini A.Tişkin və Qobustan rayon sakini F.Nəsirov saxlanılıblar.
Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, F.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 köşkdən 234 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması, habelə A.Tişkinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən elektrik naqili və təmir-tikinti aləti oğurlaması müəyyən edilib.
Faktla bağlı Sumqayıt Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]