SUMQAYITDA ORTA İXTİSAS TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARI OLMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 21-də Sumqayıtda ölkənin şimal bölgəsinin abituriyentləri üçün 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanları keçirmişdir.
TQDK-nın Sumqayıt üzrə əlaqələndiricisi Səimə Əsədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdə dörd orta məktəb binası bu məqsəd üçün hazırlanmışdı. 1700 abituriyent saatyarım ərzində ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən 125 suala cavab vermişdir. İmtahanların gedişinə 130-dan çox müəllim nəzarət etmişdir.
İmtahanların keçirilməsi ilə bağlı şəhər rəhbərliyi də bütün zəruri tədbirləri görmüşdü. Rayonlardan gələnlərin çoxluğunu nəzərə alan Nəqliyyat departamenti şəhərdaxili marşrutlara əlavə avtobuslar çıxarmışdı. İctimai asayişi mühafizə tədbirləri də gücləndirilmişdi. Dörd məktəbin hər birində tibb məntəqələri fəaliyyət göstərmiş, sərinləşdirici içkilərin satışı təşkil edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]