SUMQAYITDA RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında cəmi 23 ay yaşayan və Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şanlı yoldan söhbət açmışdır.
O, Azərbaycanın XX əsrin axırlarında və XXI əsrin əvvəllərində qazandığı böyük uğurlara toxunaraq vurğulamışdır ki, bütün bu nailiyyətlər, o cümlədən Sumqayıtın sənaye şəhəri kimi təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Heydər Əliyevin hazırladığı bu xətti hazırda onun sadiq varisi Prezident İlham Əliyev qətiyyətlə və uğurla davam etdirir. Prezidentin təşəbbüsü ilə qəbul olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının son illər böyük dəyişikliklər baş verən Sumqayıtın iqtisadiyyatına və sosial vəziyyətinə müsbət təsiri xüsusi vurğulanmışdır.
Sarayın foyesində ümummilli liderimiz Heydər Əliyevin Sumqayıtla əlaqələrindən söhbət açan, habelə son vaxtlar şəhərdəki müsbət dəyişiklikləri əks etdirən Sumqayıt Tarix Muzeyinə məxsus materiallardan ibarət fotosərgi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]