SUMQAYITDA UŞAQ İDMAN MEYDANÇALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
İkinci və on birinci mikrorayonlarda sahəsi iki min kvadratmetrdən artıq olan, müxtəlif idman avadanlığı ilə təchiz edilmiş bu meydançalar uşaqlar üçün əsl hədiyyədir.
Mikrorayonların sakinləri xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən il sumqayıtlılarla unudulmaz görüşündən sonra şəhərdə baş verən müsbət dəyişiklikləri razılıqla qarşılayırlar.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uşaqların asudə vaxtlarını mənalı keçirməsi və sağlamlığını möhkəmlətməsi üçün Sumqayıtın bütün yaşayış massivlərində meydançalar tikilməsi nəzərdə tutulmuşdur.