SUMQAYITDA VETERANLAR ŞURASININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Sumqayıtda Şəhər Veteranlar Şurasının X konfransı keçirilmişdir.
Şəhər icra hakimiyyətinin və Respublika Veteranlar Şurasının nümayəndələrinin də iştirak etdikləri konfransda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilmiş, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.
Konfransda Şuranın yeni heyəti və sədri, habelə respublika veteranlarının IV qurultayına nümayəndələr seçilmişdir.