Süni intellekt vaxtsız ölümün proqnozlaşdırılması üçün tətbiq edilib
Bakı, 30 mart, AZƏRTAC
Böyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alim və doktorlardan ibarət mütəxəssislər qrupu ortayaşlı insanlarda xroniki xəstəliklərə görə vaxtsız ölüm riskinin proqnozlaşdırılması üçün kompüter təlimi alqoritmləri sistemini hazırlayaraq sınaqdan keçirib. Məlum olub ki, süni intellekt sisteminin proqnozları insanlar tərəfindən hazırlanan standart yanaşma ilə müqayisədə daha dəqiqdir və daha yaxşı işləyir. 40-69 yaşlı yarım milyondan çox insanın sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edən tədqiqatçıların sözlərinə görə, süni intellekt proqramlarının əksər hissəsi diqqəti bir xəstəlik sahəsinə yönəldib, lakin ölümün müxtəlif faktorlara görə proqnozlaşdırılması xüsusilə ətraf mühitin təsiri nəzərə alınmaqla çox çətindir.
Tədqiqatçıların fikrincə, süni intellekt riski nəzərə almaqla ayrı-ayrı xəstələr üçün fərdi müalicəni seçən gələcək metodikaların hazırlanmasında əhəmiyyətli rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]