Suraxanı rayonunda evdən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
Bakı, 14 yanvar, AZƏRTAC
Suraxanı rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 12-də rayon ərazisindəki evlərin birindən 15 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və qardaşı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla əlaqədar araşdırma aparılır.