Sürətli yerişin xərçəng riskinin azalması ilə əlaqəsi müəyyən edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Honkonq Universitetinin alimləri müəyyən ediblər ki, sürətli yeriş xərçəngin yaranma riskinin qarşısını ala bilər.
AZƏRTAC xəbər verir ki, “Journal of Cachexia, Sarcopenia and Muscle” jurnalında dərc olunmuş araşdırmaya görə, daha sürətli yeriyən insanlar onkoloji xəstəliklərlə, xüsusilə də ağciyər xərçəngi ilə daha az qarşılaşırlar.
Tədqiqat 430 mindən çox iştirakçını əhatə edən Böyük Britaniya biobankının məlumatları və Honkonqdan götürülmüş əlavə nümunələr üzərində qurulub. Analiz göstərib ki, sürətli tempi saxlayanlarda ümumi xərçəng riski 13–45 faiz daha az olub, ağciyər xərçənginə tutulma ehtimalı isə demək olar ki, yarıbayarı azalıb.
Alimlər bu təsiri onunla izah edirlər ki, sürətli yeriş əzələlərin daha yaxşı fəaliyyət göstərməsinə, iltihabi proseslərin azalmasına və daha sağlam maddələr mübadiləsinə səbəb olur. Müəlliflər vurğulayırlar ki, vacib olan təkcə gəzintinin müddəti deyil, həm də intensivliyidir, belə ki, sürət həm sağlamlıq vəziyyətinin, həm də xərçəng riskinin sadə göstəricisi kimi xidmət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]