Suriya Prezidenti 12 illik fasilədən sonra Ərəb Liqası sammitində iştirak edir
Bakı, 19 may, AZƏRTAC
Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri ilk dəfə Ərəb Liqası sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, on gün əvvəl Qahirədə Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriyanın bu təşkilata üzvlüyünü bərpa etdikdən sonra sammitə ev sahibliyi edən Səudiyyə Ərəbistanı Bəşər Əsədə rəsmi dəvət göndərib. Bu gün Kral Əbdüləziz Beynəlxalq Hava Limanında onu Krallığın rəsmiləri qarşılayıb. Bəşər Əsədin sammit çərçivəsində ərəb ölkələrinin liderləri ilə təkbətək görüşlər keçirəcəyi də bildirilir.
Bu gün başlayacaq Ərəb Liqası sammitində Misir, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, Küveyt və digər ərəb ölkələrinin dövlət başçıları ortaq ərəb strateji planını, beynəlxalq və regional vəziyyəti, o cümlədən Fələstin, Suriya, Livan, Sudan və başqa məsələləri müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]