Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada yaranan xalq mahnıları

Şuşada yaranan xalq mahnıları

Bakı, 2 iyun, AZƏRTAC

Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyevın AZƏRTAC-ın müxbirinə dediyinə görə, geniş yayılan xalq mahnılarından biri olan “Sarı bülbül”ün maraqlı yaranma tarixi var: “İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir İran dövləti ilə münasibətlərin düzəlməsi üçün öz sevimli qızı Ağabəyim ağanı hakimiyyətə yeni gəlmiş Fətəli xan Qacara ərə verib. Ağabəyim ağa ömrü boyu qərib ölkədə Vətən həsrəti ilə yaşayaraq, “Ağabacı” təxəllüsü ilə dərd-qəmini kağıza köçürüb, qəmli bayatılar qoşub, qəzəllər, qoşmalar yazıb. Ağabəyim ağa bir gün Fətəli şahdan xahiş edib ki, Tehranda Qarabağda bitən bütün gül-çiçək kolları, meyvə ağaclarının əkildiyi bir bağ saldırsın. Şah onun xahişini yerə salmayıb onun arzu etdiyi bağ saldırıb, hətta bağbanı da Şuşadan gətirdib. Ağabəyim ağa bağın adını “Vətən bağı” qoyub. Bağda Qarabağın bütün ağac və güllər bitsə də, yalnız Qarabağ torpağını özünə vətən seçmiş xarıbülbül bitməyib. Bundan məyus olan və kədərlənən şair:

“Vətən bağı” al-əlvandı,

Yox içində xarı-bülbül.

Nədən hər yerin əlvandı,

Köksün altı sarı bülbül?,-

misraları ilə başlanan kədərli və qəmli bir şeir yazıb.

Qərib bir diyarda yazılmış el-oba həsrətli, sızıltılı bu şeir az bir vaxtda ürəklərə yol tapıb, kök salaraq yaşayıb, naməlum bir şuşalı onun sözlərinə musiqi bəstələyib və bu melodiya xalq mahnısı kimi ağızdan-ağıza, dildən-dilə düşərək şair ruhunu, xalq ruhunu yaşada-yaşada bu günümüzə gəlib çatıb. Bu xalq mahnısını Ağabəyim ağa Ağabacının kədərli həyatı barədə musiqili hekayət də adlandırmaq olar.

"Qalalıyam, qalalı” XIX əsrin axırlarında yaranmış Azərbaycan xalq mahnısıdır. Sözləri və musiqisi görkəmli xanəndə Cabbar Qaryağdıoğlunundur. O, bu mahnını doğulub boya-başa çatdığı Şuşa qalasına həsr edib. Mahnının ən mahir ifaçıları müəllif özü və Xalq artisti Rəşid Behdudovdur.

Lirik tonda oxunan “İrəvanda xal qalmadı” mahnısının sözləri və musiqisi də Cabbar Qaryağdıoğluna aiddir. Mahnının yaranma tarixçəsi belədir: Cabbar Qaryağdıoğlu İrəvan şəhərinin varlı sakinlərindən birinin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyir ki, bayaqdan bəyi tərifləyirsiniz, bəs gəlini niyə tərif eləmirsiz? Xanəndə gəlinin atasının xətrinə dəyməmək üçün onun xahişini yerinə yetirir və qızın nişanələrini soruşur. Öyrənir ki, gəlinin üzündə qoşa xalı var. Xanəndə bədahətən bu mahnını ifa edərək çalğıçılara onun dalınca gəlməyi işarə edir. Həmin vaxtdan Cabbar Qaryağdıoğlu bu melodiyanı gəlinin şərəfinə “İrəvanda xal qalmadı” adlandırıb.

XIX əsrin axırlarında Şuşada yaranan mahnılardan biri də sözləri və musiqisi yenə də Cabbar Qaryağdıoğluna aid olan “Tiflisin yolları”dır. Xanəndə çox gənc yaşlarında Qafqazın və İranın bir çox şəhərlərində toy məclislərinə dəvət olunur. Uzunmüddətli səyahətdən sonra o, Tiflisə gəlib çıxır. Şəhərin gözəlliyi onu o qədər valeh edir ki, ona ithaf olaraq “Tiflisin yolları” mahnısını yazır. Dövrünün bir çox xanəndələri mahnını ifa ediblər.

Sözləri və musiqisi Xan Şuşinskiyə aid olan “Qəmərim” ötən əsrin 30-cu illərində Malıbəyli kəndində yaranıb. Xanəndə həmin kəndə yaxın dostu, məşhur çekist Məmmədəli Novruzovun toy məclisini aparırmış. Bəyin bacıları, o cümlədən Qarabağ gözəli, qara, uzun hörükləri topuqlarına düşən Qəmər xanım qardaşının toyunda rəqs edərkən Xan onu görüb və bədahətən bu mahnını qoşaraq məclisdəki ağsaqqalların icazəsi ilə ilk dəfə elə həmin toyda ifa edib. O vaxtdan da həmin mahnı dildən-dilə düşüb, başqa xanəndə və müğənnilərin repertuarına daxil olaraq el arasında geniş yayılıb.

Şuşada yaranmış mahnılardan biri də “Şuşa təsnifi”dir. İlk ifaçısı məşhur xanəndə Məcid Behbudov olub. XX əsrin əvvəllərində İngiltərənin dünyada tanınmış “Qrammofon Rekord” şirkəti tərəfindən onun ifasında vala yazılıb. Val “Şuşa təsnifi” adlanır.

Musiqisi və sözləri Novruzlu İsgəndərə aid olan “Qarabağın maralı” da məşhur xalq mahnılarındandır. Mahnı Şuşanın teatr aktrisası Suqra Bağırovaya həsr olunub. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər “Qarabağın maralı”nı öz repertuarlarına daxil edib, adını və sözlərini təhrif edərək “Azərbaycan maralı” adı ilə ifa ediblər.

Ötən əsrin ortalarında yaranan xalq mahnılarından biri də “Şuşa yaylağı”dır. Sözləri və musiqisi hüquqşünas İldırım Məhərrəmova aid olan mahnının ilk ifaçıları xanəndə İsa Rəhimov və Hüsnü Qubadovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO