Şuşanın küçələri qardan təmizlənir VİDEO
Şuşa, 29 dekabr, AZƏRTAC
Hava şəraiti ilə əlaqədar olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən gücləndirilmiş iş rejimi tətbiq edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində qoruğun xidmət göstərdiyi yolların və küçələrin, xüsusilə buzlaşan yolların təmizlənməsi üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, problemli sahələr nəzarətə götürülüb, qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar ərazilərə çıxarılıb.