TACİKİSTAN-ÖZBƏKİSTAN SƏRHƏDDİNDƏ ÜÇ NƏFƏR MİNAYA DÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tacikistanın Soqd vilayəti İsfarin rayonunun Xanabad kəndi yaxınlığında 13-14 yaşlı üç yeniyetmə evə qayıdarkən minalanmış sahəyə düşmüş və həlak olmuşlar. Bu haqda Tacikistan Dövlət Sərhəddinin Mühafizəsi Komitəsi xəbər vermişdir. Yeniyetmələrdən ikisi qəlpə yarasından yerindəcə həlak olmuş, üçüncüsü xəstəxanada keçinmişdir.
Tacikistanın Özbəkistanla sərhəddində Özbəkistan güc strukturlarının minaladığı sahələrdə artıq 73 nəfər ölmüşdür. Minalar 2000-ci ilin avqustunda İslam hərəkatı döyüşçülərinin Özbəkistan ərazisinə keçməsinin qarşısını almaq məqsədilə qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]