TAEKVONDO ÜZRƏ XV ÖLKƏ ÇEMPİONAT VƏ BİRİNCİLİYİ START GÖTÜRMÜŞDÜR
![]() |
![]() |
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, Gənclər, İdman və Turizm nazirinin müavini Asif Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin uzun illər Azərbaycan idmanının inkişafına göstərdiyi əvəzsiz xidmətlərindən danışmışlar.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə Azərbaycan idmançıları artıq dünya və Avropa çempionatlarında, olimpiadalarda yüksək nəticələr əldə edirlər. Çıxışlardan sonra yanvarın 7-də kişilər arasında mübarizənin qalibləri mükafatlandırılmışdır. Yarışların nəticələrinə görə, MOİK-in yetirməsi Zahid Məmmədov (54 kq), “Gömrükçü” idman-sağlamlıq mərkəzinin yetirmələri Elnur Amanov (58 kq), Niyaməddin Paşayev (67 kq) , Anar Əhmədov (72 kq), Rəşad Əhmədov (78 kq) və Təvəkkül Bayramov (84 kq), Sumqayıt idmançısı Elşad Qüdrətli (62 kq), “Budokan” klubunun idmançısı Vüqar Məcidov (84 kq-dan yuxarı) Azərbaycan çempionu olmuşlar.
Sonra 16 yaşınadək olan oğlanlar arasında ölkə birinciliyinə start verilmişdir.
Qeyd edək ki, ölkə çempionluğu və birinciliyi uğrunda yarışlarda respublikamızın 46 komandasının 500-dən çox kişi və qadın idmançısı mübarizə aparır.
Yanvarın 9-da isə qadınların ölkə çempionatı və birinciliyi keçiriləcəkdir.

