Tamara Sinyavskaya gənc vokalçılar üçün ustad dərsi keçmişdir
Moskva, 20 fevral (AZƏRTAC). “Krokus Siti Holl”da Müslüm Maqomayev adına konsert zalında SSRİ Xalq Artisti, Böyük Teatrın solisti, Rusiya Teatr Sənəti Universitetinin vokal kafedrasının müdiri professor Tamara Sinyavskayanın ustad dərsi olmuşdur.
Görkəmli müğənninin açıq dərsləri Tamara Sinyavskayanın rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəni Musiqi İrs Fondunun 2011-ci il təqaüdçüləri, habelə digər gənc peşəkar vokalçılar və Rusiyanın ali musiqi məktəblərinin tələbələri üçün vokal ustalığını artırmaq baxımından nadir imkandır.
Pedaqoji fəaliyyətə böyük diqqət yetirən professor T.Sinyavskaya 2006-cı ildən Rusiya Teatr Sənəti Universitetinin vokal kafedrasının müdiridir. Tələbələrin fikrincə, müəllimlik istedadı Tamara İlyiniçnaya Tanrı vergisidir. Rusiya opera səhnəsinin metri sayılan professor T.Sinyavskayanın məşğələlərinə düşmək isə başqa tədris müəssisələrində və başqa şəhərlərdə təhsil alan vokalçılar üçün böyük uğur deməkdir.
“Krokus Siti Holl” da ustad dərslərində iştirak edənlər öz ustalıqlarını təkmilləşdirməyin üsullarını və professor T.Sinyavskayanın rəhbərliyi ilə vokal ariyaların ifasının incəliklərini öyrənmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]