Tanınmış kaman ustası Kaliforniyadan #senetinledestekle çağırışına qoşulacaq
Bakı, 16 aprel, AZƏRTAC
ABŞ-da və dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıdan, musiqi alətlərimizi əcnəbilərə sevdirərək mahnılarımızı ana dilimizdə ifa etməyi onlara öyrədən kaman ustası İmamyar Həsənov aprelin 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle layihəsinə evindən qoşularaq izləyiciləri salamlayacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, kamançanın həzin səsi, musiqi təranələri və ABŞ-da milli musiqimizə maraq üzərində qurulan söhbətdə iştirak etmək, suallar vermək, arzu və istəkləri ifadə etmək istəyən izləyicilər Baş İdarənin - @bakimedeniyyetidaresi və tanınmış kamança ustası İmamyar Həsənovun - @imamyarhasanov “Instagram” hesablarından qatıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]