Tanışına bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış̧ araşdırmalarla zərərçəkmiş tanışı 1985-ci il təvəllüdlü Qurbanov Kamil Duranxan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla İmran Səfərova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış̧, müvafiq ekspertizalar təyin edilmişdir.
Peşəkarlıqla keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Kamil Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ovunmuşdur.
Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [18:21]
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
- 18.06.2026 [18:07]
ƏƏSMN ilə BMqT arasında əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [17:50]