Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tarix və mədəniyyət qoruqlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki tarix və mədəniyyət qoruqlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və qoruq əməkdaşları iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə Vaqif Əliyev çıxış edərək ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə mədəni irsin qorunması və təbliği istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, son illər görülən işlər daha geniş vüsət alıb. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bir sıra mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahısına daxil edilərək bəşəriyyətin mədəniyyət xəzinəsinin bir hissəsinə çevrilib: “Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələrinin qorunması, tədqiqi və təbliği ilə bağlı həm ölkə daxilində, həm də xaricdə bir sıra layihələr, təqdimatlar həyata keçirilir. Bütün bunların sayəsində xarici turistlərin Azərbaycana olan marağı daha da artır”.

Vaqif Əliyev bildirib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən nazirliyin daxilində struktur islahatları aparılıb və bu ilin yanvarından başlayaraq 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb. Bununla da Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən regionlarda yerləşən müəssisələrdə də mərkəzdən maliyyələşmə həyata keçirilir. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də bu sahədə olan idarəçiliyin optimallaşdırılmasına xidmət edir.

Vaqif Əliyev qoruqların idarə olunması və fəaliyyəti istiqamətində mövcud olan çatışmazlıqların aradan qaldırması işinin də tez bir zamanda həll olunmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, indi ölkə rəhbərliyi səviyyəsində bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, qoruqlarda təmir və bərpa işləri həyata keçirilir. Mədəni irs nümunələrimizin, tarixi abidələrimizin təbliğinə, eləcə də qoruqların öz maliyyə vəziyyətlərini yaxşılaşdırmalarına imkanlar yaranıb. Bunun üçün müasir vasitələrdən, dünya təcrübəsindən yararlanmalı, qoruqların turizm məhsulu kimi təbliği işi daha da gücləndirilməlidir.

Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və hazırkı vəziyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 21 qoruq fəaliyyət göstərir. Onlardan bir qoruq - Şuşa tarix-mədəniyyət qoruğu işğal altındadır: “Ölkəmizdə ilk qoruq 1969-cu ildən fəaliyyət göstərməyə başlamasına baxmayaraq, onların mahiyyətinə uyğun işləməsi Mədəniyyət və Turizm Nazirliyinin yaranmasından sonrakı dövrə təsadüf edir. Ötən müddət ərzində qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində böyük işlər həyata keçirilib. Qoruqların xəritələri hazırlanıb, sərhədləri müəyyən edilib. Həmçinin bir sıra qoruqlarda bərpa və konservasiya işləri, elmi tədqiqat layihələri həyata keçirilib”.

Könül Cəfərova qeyd edib ki, həyata keçirilən uğurlu işlərlə yanaşı xüsusilə regionlarda fəaliyyət göstərən bir sıra qoruqların fəaliyyətində nöqsanlar hələ də qalmaqdadır. Bu nöqsanlar sırasına ixtisaslı kadr çatışmazlığı, xarici dil bilən bələdçilərin azlığı və digər məsələlər daxildir.

Daha sonra Qobustan Milli tarix-bədii qoruğunun direktoru Rüfət Nuriyev, Yanardağ Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun direktoru Malik Fətullayev, Yuxarı Baş Dövlət tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayeva, Avey Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun direktoru Həsən Ağayev çıxış edərək rəhbərlik etdikləri qoruqların fəaliyyəti haqqında məlumat veriblər.

Daha sonra tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və mövcud problemləri, onların elmi tədqiqat müəssisəsi kimi fəaliyyəti, qoruq ərazilərində müasir tələblərə cavab verən turizm məhsullarının yaradılması və digər mövzularda müzakirələr aparılıb.

Sonda Vaqif Əliyev Azərbaycan xalqının tarixi mədəni abidələrinin qorunması, tədqiqi, təbliği və turizm məqsədləri üçün səmərəli istifadə olunması işinin daha da gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yuxu həblərinin beyinə gözlənilməz təsiri müəyyən edilib - TƏDQİQAT

Rəssam: Təbiət kodlaşdırılmış sistemdir

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

ABŞ-ın ticarət kəsiri ciddi şəkildə artıb

“Real” və “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb

KİV: Donald Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib

Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun  təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Donald Tramp Baydenin məxfi informasiyaya girişini məhdudlaşdırmaq istəyir

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib

Almaniyada radikal sağa qarşı etirazlar davam edir

“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib

Hacıqabulda zəlzələ baş verib

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq

“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

"Neftçi" İngiltərə çempionunu transfer edib

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Yeni texnologiya elektrik enerjisinin idarə olunmasında mühüm bir dövrün başlanğıcı ola bilər - TƏDQİQAT

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Çexiyanın keçmiş Baş naziri: Avropa İttifaqı intihara bərabər siyasət yürüdür

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib

“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb

USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL

Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

İngiltərədə 319 uşaq psixi sağlamlıq müalicəsi üçün 35 min 845 günü evindən uzaqda keçirib

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb VİDEO

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub

Misir XİN: Fələstinlilər Qəzzada qalmalıdırlar

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert

İrakli Kobaxidze: Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın DOST modeli barədə məqalə dərc edilib

Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Proqnoz: Sabah qar yağacaq

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb

Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir

Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib

USAID-in fəaliyyətinin dayandırılması sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir - ŞƏRH

Xətai rayonunda əl qumbarası aşkarlanıb

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib VİDEO

Ötən gün ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub FOTO

Keçən il 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

Şimal bölgəsində dörd yeni məktəb binası inşa olunur

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb VİDEO

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir

Azərbaycan nümayəndə heyəti Türkiyədə yaşıl enerji sahəsində dördtərəfli əməkdaşlıq iclasında iştirak edib

Rusiya ABŞ-a ən çox gübrə ixrac edən ikinci ölkə olub