TARİXİMİZİN PARLAQ SƏHİFƏSİ
Mərasimi rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev açmış, Azərbaycanın dövlət himni səsləndirilmişdir. Rayon icra hakimiyyətinin şöbə müdiri Səxavət Həsənov “Şərqdə ilk demokratik respublika” mövzusunda məruzə etmişdir. Natiqlər Azərbaycan dövlətçiliyi tarixinə nəzər salaraq, 1918-ci ildə Cənubi Qafqazda hökm sürən çətin və mürəkkəb şəraitdə qurulan Xalq Cümhuriyyətini böyük tarixi nailiyyət kimi dəyərləndirmişlər. Bildirilmişdir ki, XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqillik əldə etməsi xalqımızın onilliklər boyu apardığı mübarizənin məntiqi nəticəsidir.
Bu gün gənc, müstəqil dövlətimiz dinamik inkişaf yolundadır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Bir zaman çoxlarına inanılmaz görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri artıq reallaşıb. Bütün bunlar Heydər Əliyev ideyalarının parlaq təntənəsidir.
Axırda rayon musiqiçilərinin bayram konserti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]