Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixin necə yüz illik gərdişini dəyişən Fateh - İlham Əliyev

Tarixin necə yüz illik gərdişini dəyişən Fateh - İlham Əliyev

Bakı, 24 dekabr, AZƏRTAC

Bu gün Prezident İlham Əliyevin anadan olmasından 62 il ötür. Özünün doğum günü ərəfəsində Azərbaycan Prezidenti müstəqilliyimizin bərpasından sonra heç bir dövlət başçısının getmədiyi və gedə bilmədiyi yerlərdə oldu. Son 3 ayda oralarda baş verənlər təkcə Prezidentimizin ömrünün 62-ci səhifəsinə yox, bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dəyişiklikdir. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi hissəsində də suverenliyimizin tam təmin edilməsi ilə Prezident İlham Əliyev 20 il öncə verdiyi vədi artıqlaması ilə, həm də heç kəsin proqnozlaşdırmadığı bir şəkildə yerinə yetirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanı nahaq yerə Qarabağın fatehi adlandırmırlar. “Keçmişdə biz başqalarının torpağını ələ keçirən qoşunun sərkərdəsini fateh adlandırmışıq. Ancaq düşünəndə ki, tək ermənilər deyil, onları bizim torpaqlara yerləşdirənlərin Qarabağla, bütövlükdə Qafqazla bağlı hələ yüz illər öncəki planları nədən ibarət idi və həmən plan Rusiya imperiyasının, sonra da bolşeviklərin əli ilə addım-addım nə cür reallaşdırılırdı, region get-gedə necə başqalarınınkılaşdırılırdı görürsən ki, bəli, bu edilənlər məhz elə fatehlikdir. Özü də burada söhbət təkcə Qarabağın fəthindən getmir. Niyə təkcə Qarabağın fəthindən söhbət getmədiyinə aydınlıq gətirəcəyəm, amma öncə “Rusiya imperiyasının əli ilə reallaşdırılırdı” fikrinin arxasında nələr dayandığını diqqətinizə çatdırmaq istəyirəm”, - deyə S.Alıyev vurğulayıb.

Tarixə nəzər salan deputatın sözlərinə görə, Rusiya ermənilərə bu regionda ən böyük dəstəyi o zaman verib ki, onun başında ya birinci Pyotr kimi qərbdəki bəlli çevrələrə bağlı, ya ikinci Yekaterina sayaq həmən çevrələrin öz təmsilçiləri, yaxud da onlardan tam asılı şəxslər durublar. Qorbaçovla Yeltsin məhz elələrindən idilər. Stalinin Axıska türkləri, vaynaxlarla birgə azərbaycanlıların da Qafqazdan Mərkəzi Asiyaya deportasiya edilmələri planı da elə məhz qərbdəkilərin, daha dəqiqi anqlosaksların yardımına ən çox ehtiyac duyduğu zaman meydana çıxmışdı. Nədənsə xristian məbədlərinə qarşı sərt bolşevik basqıları da o zaman dayandırılmış və onların bir neçəsində yenidən ibadətlərə izin verilmişdi. Üstəlik, bu sualın hələ də cavabı yoxdur ki, Çörçillə Ruzvelt yerli əhaliyə- tatarlara qarşı hitlercəsinə davranılaraq etnik təmziləmə aparılan Krımda bu dəhşətli olaydan heç yarım il keçməmiş Stalinlə bir araya gəlməyə nədən razılıq vermişdilər? Bəlkə ona görə ki, Krımın tatarlardan təmzilənməsi də dünyanın yenidən bölüşdürülməsi kimi “böyük üçlük” arasında öncədən, məsələn, Tehran konfransında razılaşdırılmış, ancaq bəlli səbəblərdən bu razılığın sənədlərdə əksini tapmaması qərara alınmlşdı?

“Beləliklə, fikrimcə, azəbaycanlıların Qafqazdan sürgün edilməsini nəzərdə tutan plan, bu alınmadıqda, soydaşlarımızn Qərbi Azərbaycandan deportasiyasında Mikoyanın rolu şişirdildiyi kimi, bizim regionun nə qədər mümkün qədər xristianlaşdırılması da təkcə Rusiyalıq məsələ olmayıb. Bu, Rusiyanı qabağa verməklə reallaşdırılmağa cəhd edilən bir plan idi və hələ sözü gedən dövlət imperiyaya çevrilməmişdən öncə onun hazırlığı görülmüşdü. Çünki yenə tarixə nəzər salsaq görərik ki, səlibçilər hələ hülakilər dönəmində Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışmış, səfəvilər isə avqustinlər, karmelitlər, kapusinlər, dominikanlar, yezuitlər kimi katolik ordenlərinə burada sərbəst hərəkət üçün istədikləri şəraiti yaratmışdılar. Birinci Şah Abbas taxta çıxanda onlar artıq Gəncə qarışıq bir çox yaşayış məskənlərimizdə meydan sulayırdılar”.

S.Alıyevin sözlərinə görə, unudulmamalıdır ki, Gülüstan və Türkmənçay anlaşmalarından sonra Azərbaycanda, elə həmən Gəncə ətrafında təkcə ermənilər deyil, molokanlar, duxoborlar və digərləri ilə yanaşı protestantlar da yerləşdirilməyə başlandı. 1818-ci ildən başlayaraq Almaniyanın Vürtemberq əyalətindən Göygöl, Şəmkir, Qazax, Tovuz və Ağstafa rayonlarına köç gətirilirdi. Yəni Gürcüstanla erməniləşdirilməyə başladılan İrəvan xanlığına həmsərhəd yerlərdə satarover və protestant koloniyaları salınaraq böyük bir xristian zolağının özülü qoyuldu. Maraqlıdır ki, Almaniyadan köçürülən dindarlar Qafqaza “bəşəriyyətin beşiyinə”, yəni Yerusəlimə yaxın yer adı altında həvəsləndirilib gətirilirdilər. Bir sözlə, bu bir növ XI əsrdə başladılan prosesin davamıydı.

Bax, bu reallıqları nəzərə alıb da Prezident İlham Əliyevin tarixin necə yüz illik gərdişinə son qoymaqla çağdaş sərhədlərimiz çərçivəsində torpaqlarımız üzərində suverenliyimizi təmin etməsi ilə fatehlik zirvəsinə ucaldı. Elə qərbdəki bəlli çevrələrin bizim qələbəmizdən yumşaq desək, qıcıqlanmalarının arxasında da məhz onların səlibçi təfəkkürü durur.

“Proseslərin gedişi, ən sonuncu olay- COP 29-un məhz Ermənistanın da dəstəyi ilə Bakıda keçirilməsinə razılıq verilməsi də göstərir ki, Fateh liderimiz onlara da zəfərimizi həzm etdirəcək. Diqqətinizə çatdırım ki, məhz həmən çevrələr ermənilərin Qarabağı tərk etmələrindən sonra onlara Azərbaycanı Serbiyaya, “Arsax”ı isə Kosovoya çevirəcəklərini bildirirdilər. Nəticə isə ortadadır. Elə həm də ermənilərdən dəstək almaqla biz ölkəmizi təcriddə saxlamağı planlaşdıranları təcrid etmiş olduq və bu, Azərbaycan Prezidentinin böyük güclərin qarşı çıxmalarına rəğmən BMT qətnamələrini təkbaşına yerinə yetirməklə, beynəlxalq konyunkturanı sarsıtmasının, başqa sözlə desək, reallaşdırdığı geosiyasi inqilabın davamıdır. Cənab İlham Əliyev hakimiyyətə təzə gələndə elə ilk növbədə Azərbaycanı hədəf almaqla postsovet məkanında rəngli inqilab planı hazırlayan və bəzi yerlərdə reallaşdıranları təkcə Azərbaycanın deyil, maraq obyekti gözündə görülən bütün regionun subyektliyinə yol açan dəyişikliklə, yəni geosiyasi inqilabla fakt qarşısında qoydu. Fransa neokolonializminə qarşı ayağa qalxanların öz bayraqlarıyla yanaşı bizim üçrənglimizi də başları üzərinə qaldırmaları sizcə, həm də bu geosiyasi inqilabın başqa bir göstəricisi deyilmi?

Əminəm ki, ötən günlərdə Şıx Dursun kəndində gedib ziyarət etdiyi ən qoca ağaclardan biri, yaşı 2500 ilə çatan “Müqəddəs Çinar” da, yanındakı "Tenqri" bulağı da Tanrı sevimlisinin bu uğuruna bizim qədər sevinir. Açığı düşünmürəm ki, cənab Prezident “Tenqri”, “Turşsu” və “Saxsı” bulaqlarına təkcə o yerlərin böyük turizm potensialı olduğunu bildiyi və onun reallaşdırılması yönündə addımların elə yerindəcə müəyyənləşdirilməsi üçün baş çəkirdi. Onun həmən bulaqları qədim türklərin gündüzün gecə üzərində qələbə çalmasının şərəfinə Narduğan, yəni Günəşdoğan adlandırdıqları bayram günlərindəki ziyarətində mən bir rəmzilik də görürəm”, - deyə Sahib Alıyev diqqətə çatdırıb.

Deputat bildirib ki, Altayda, Tıvada, Xakasiyada və tayqa boyunca digər türk torpaqlarına gedənlər bilirlər ki, oralarda bulaqlar müqəddəs sayılır. Bəlkə ona görə ki, qədim türklər əslində suyu Tanrı ilə eyniləşdirirdilər. Hunlar boş yerə Tanrını Çənli adlandırmayıblar.

Yəqin, Narduğan bayramı günlərində Müzəffər Ali Baş Komandanımızın türklərin müqəddəs bildikləri bulaqlarımıza baş çəkməsi xeyirin şər üzərində zəfərinin sərgilənməsi idi. Qoy, xeyir şər üzərində həmişə zəfər çalsın. Şıx Dursundakı çinarımız bundan sonra da 2500 il ömür sürsün, Tanrı fatehimizi qorusun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq