TASİS-İN YENİ PROQRAMININ MÜDDƏTİ UZADILA BİLƏR
Bunu AZƏRTAC-ın müxbirinə Avropa Birliyinin Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə Bürosundan (ƏB) bildirmişlər.
MHP çərçivəsində özəl şirkətlərin menecerlərinə iki stajkeçmə forması təkilif edilir: 8 ildən artıq iş təcrübəsi olan mütəxəssislər dördhəftəlik təcrübə, 3 ildən artıq stajı olan menecerlər isə 8-12 həftə ərzində ixtisasartırma kursları keçə bilərlər.
6-8 nəfərdən ibarət qruplar iştirakçıların öz sektorundan asılı olaraq, Avropa Komissiyası nümayəndələrinin seçdikləri şirkətlərdə təcrübə keçəcəklər. Menecerlər AB ilə inkişaf etməkdə olan dövlətlər arasında əməkdaşlığı genişləndirmək məqsədi ilə Avropanın ən iri şəhərlərindən birində keçiriləcək üçgünlük seminarlarda da iştirak edəcəklər.
Avropa Komissiyası Menecerlər hazırlanması proqramı çərçivəsində Azərbaycana 20 yer ayırmışdır. Proqramları AB maliyyələşdirəcəkdir.
Xatırladaq ki, MHP çərçivəsində son dörd il ərzində Rusiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Ukrayna və Özbəkistanın 1700-dən artıq meneceri AB dövlətlərində təcrübə keçmiş, Avropa Komissiyası isə müsbət nəticələri nəzərə alaraq, proqramın həyata keçirilməsi müddətini 2005-ci ilin sonunadək uzatmaq barədə qərar qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]