Tbilisidə GUAM çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Tbilisi, 24 fevral, AZƏRTAC
GUAM -ın Baş katibi, səfir Altay Əfəndiyev Tbilisiyə səfərə gəlib.
Altay Əfəndiyev AZƏRTAC-a müsahibəsində deyib ki, səfər əsasən tanışlıq məqsədi daşıyır. Bununla yanaşı, təşkilatın daha da inkişafı və inteqrasiyası ilə bağlı Gürcüstan tərəfinin fikirlərini öyrənməkdir. Gürcüstan Parlamentində və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, nəzərdə tutulmuş enerji, nəqliyyat, mədəniyyət və azad ticarət dövriyyəsinin yaradılması ilə bağlı layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.
Səfir Gürcüstanın GUAM daxilindəki rolunu xüsusi qeyd edib və bildirib ki, rəsmi Tbilisi bir neçə vacib layihənin reallaşdırılması və tədbirlərin keçirilməsi ilə bağlı konkret təkliflər irəli sürüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]