Tbilisidə Orta Dəhlizin inkişafı istiqamətində mühüm sənədlər imzalanıb
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Dördüncü İpək Yolu Beynəlxalq Forumu çərçivəsində geniş müzakirələr aparılıb, bir sıra sənədlər, o cümlədən Orta Dəhlizin inkişafı və təşviqi istiqamətində çox mühüm sənədlər imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Levan Davitaşvili Tbilisidə keçirilən İpək Yolu Forumunun ikinci günündə jurnalistlərə açıqlamasında bildirib.
“Biz demişdik ki, Gürcüstanda Azərbaycan və Qazaxıstanın dəmir yollarının iştirakı ilə Çindən gələn konteyner yüklərinə xidmət göstərəcək birgə şirkət yaradılacaq. İpək Yolu Forumu çərçivəsində bununla bağlı saziş imzalanıb ki, bu da Orta Dəhlizdə koordinasiya və səmərəliliyin artırılması baxımından mühüm və konkret nəticədir”, - deyə Levan Davitaşvili vurğulayıb.
Onun sözlərinə görə, belə sinxronlaşdırılmış əməliyyatlar və daha geniş koordinasiya ilə rəqabət qabiliyyəti daha da artacaq.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]