TBİLİSİNİN RƏSM QALEREYASINDA GÜNEY QAFQAZ DÖVLƏTLƏRİ RƏSSAMLARININ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisi milli rəsm qalereyasında 15 ildən sonra ilk dəfədir ki, Güney Qafqaz dövlətləri rəssamlarının birgə sərgisi açılmışdır.
Gürcüstan Mədəniyyət Nazirliyi və Qafqaz Mədəni Proqramlar Bürosunun birgə dəstəyi ilə baş tutmuş sərgidə 50-dən artıq rəssamın əsəri nümayiş etdirilir. Azərbaycanı bu sərgidə fırça ustaları Həmzə Abdullayev, Qəyyur Yunusov, Eldar Qurbanov və Elturan Avalov təmsil edirlər.
Azərbaycan tərəfin əlaqələndiricisi, sənətşünaslıq namizədi Dilarə Vahabova bildirmişdir ki, sərgidə rəssamlarımızın nümayiş etdirilən 25 əsərində tamaşaçıların gözü önündə Abşeron bağları, ləpədöyənlər, gəmi karvanı, Xəzərin qumlu sahilləri canlanır. Bir sözlə, burada hər şey öz rəngində, sadə, anlaşıqlı və təbii təqdim edilmişdir.
Sərgi fevralın 5-də başa çataçaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]