TEATR RESPUBLİKAMIZIN ŞİMAL BÖLGƏSİNƏ QASTROL SƏFƏRİNDƏN QAYITMIŞDIR
AZƏRTAC Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, kollektiv iyunun 23-dən 25-dək Dəvəçi, Xaçmaz və Quba rayonlarında qastrol səfərində olmuşdur. Aktyorlar rayon sakinlərinə xalq yazıçısı İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” pyesi əsasında rejissor, xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda eyniadlı tamaşanı təqdim etmişlər.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Elxan Ağahüseynoğlu, əməkdar artistlər Cəfər Namiq Kamal, Kübrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlardan Məzahir Cəlilov, Rövşən Kərimduxt və başqaları çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]