TEATRIN KOLLEKTİVİ QASTROLDA OLACAQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi oktyabrın 20-də Biləsuvar rayonunda birgünlük qastrol səfərində olacaqdır.
Kollektiv rayon sakinlərinə “92 dəqiqə gülüş”, “Toy kimindir”, “Hələlik”, “Hərənin öz ulduzu”, “Beydullanın möhtəşəm toyu” tamaşalarından parçalar göstərəcəkdir.
Səhnəcikləri xalq artistləri Hacıbaba Bağırov, Fatma Mahmudova, əməkdar artist Xanım Qafarova, aktyorlardan Novruz Qartal, Ülviyyə Əliyeva, Ağarəfi Rəhimov, Elçin Həmidov və başqaları təqdim edəcəklər.