TƏBİİ FƏLAKƏTİN VURDUĞU ZİYAN ARADAN QALDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 5-də baş vermiş tufan Xanlar rayonunun Mirzik, Zurnabad, Tulalar, Əzgilli, Sarısu, Çaykənd və sair kəndlərində yüzlərlə evin dam örtüyü sıradan çıxmışdır. Sərkarlı kəndində bir ev tamamilə yanmışdır. Təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmaq məqsədi ilə rayonda gərgin iş gedir. Qısa vaxt ərzində rayon mərkəzindəki 1 nömrəli məktəbin dam örtüyü tamamilə dəyişdirilmiş, fərdi evlərə dəymiş ziyanın aradan qaldırılması üçün vətəndaşlara daxili imkanlar hesabına xeyli tikinti materialı verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]