TƏBRİZDƏ AZƏRBAYCAN RƏSSAMININ FƏRDİ SƏRGİSİ
Xəbər vermişdik ki, iyunun 3-cü ongünlüyündə Təbrizdə xalq rəssamı Cəmil Müfitzadənin fərdi yaradıcılıq sərgisi açılacaqdır. Rəssam artıq Təbrizdədir. İyunun 25-də o, AZƏRTAC-a zəng edərək demişdir ki, sərgi iyunun 26-da Təbriz şəhərinin mədəniyyət sarayında açılacaqdır. Qonşu və dost ölkədə böyük mehribanlıqla qarşılandığını söyləyən tanınmış sənətkar xatırlatdı ki, bu, onun İran İslam Respublikasında ikinci, ümumiyyətlə, xarici ölkələrdə 6-cı fərdi yaradıcılıq sərgisidir. İki həftə davam edəcək sərgidə rəssamın rəngkarlıq janrında çəkdiyi 62 əsəri nümayiş olunacaqdır. Bunların bir çoxu dost ölkənin həyatından bəhs edən tablolardır. “Təbrizin yaxınlığındakı Kəndovan kəndinin mənzərələri”, “Şeyx Şaab məqbərəsi”, “Abbas Mirzə qalası”, “Üştübin”, “Ərdəbil-Parsabad yolu” tabloları barədə Təbriz sənətsevərlərinin rəyini öyrənmək, rəssamın fikrincə, onun özü üçün də maraqlıdır. Bu əsərlərdə təbrizlilərin yaxşı tanıdıqları, hər gün qarşılaşdıqları abidələr, mənzərələr təsvir edilmişdir. Bu əsərlər, o cümlədən rəssamın məhəbbətlə yaratdığı “Şəhriyar” portreti Cəmil Müfitzadənin İran İslam Respublikasına ilk səfərindən, oradakı fərdi sərgisindən sonra yaranmışdır. Sərgi təbrizliləri Bakının tarixi abidələri, Xınalıq lövhələri, Azərbaycanın təbiət mənzərələri ilə də tanış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]