Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbrizdə nəşr olunan “Şəhriyar” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilmişdir

Təbrizdə nəşr olunan “Şəhriyar” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilmişdir

Tehran, 26 yanvar (AZƏRTAC). Təbrizdə nəşr olunan nüfuzlu “Şəhriyar” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilmişdir. Qəzetin elektron versiyasında da özünə yer alan məqalədə (http://shahryaronline.ir/images/PDF_Nashriye/262.pdf) deyilir ki, ötən əsrin 80-ci illərinin sonlarında sovet imperiyası dağılmaq ərəfəsində idi. Buna baxmayaraq imperiya Azərbaycan əleyhinə müstəmləkəçilik siyasətindən əl çəkmirdi. İstər çar Rusiyası, istərsə də SSRİ dövründə həyata keçirilən Azərbaycan torpaqlarının Ermənistana verilməsi siyasəti bu dəfə Dağlıq Qarabağı hədəf almışdı. 1987-1990-cı illərdə yüz minlərlə azərbaycanlının Ermənistandakı dədə-baba yurdundan qovulduğu, Dağlıq Qarabağda Ermənistan tərəfindən himayə edilən ekstremist qrupların azərbaycanlılara qarşı qətllərlə müşahidə edilən cinayətin törədildiyi, elan edilməmiş müharibənin aparıldığı vaxtda imperiya açıq şəkildə Ermənistanı müdafiə edir, baş verən hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmürdü. İmperiyanın təbliğat maşını baş verənləri ört-basdır edir, həqiqətin mətbuatda işıqlandırılmasına imkan vermir və yalan vədlərlə öz siyasətini davam etdirirdi. Belə bir vəziyyətdə Azərbaycan əhalisi öz yurd-yuvasından qovularaq Bakıya axın etmiş, böyük qaçqın ordusu yaranmışdır. Mərkəzi hökumət isə problemləri həll edə bilməmiş xalq arasında nüfuzunu itirmişdir. Beləliklə, Bakıda sivil yolla bəzi etirazlar da özünü göstərməyə başlamışdır. Etiraz edən xalq qaçqınların yurd-yuvalarına qayıtmasını, ekstremist qrupların qarşısının alınmasını, cinayətkarların cəzalandırılmasını tələb edirdilər. Onların bir qismi imperiyanın müstəmləkəçilik siyasətini başa düşsə də, əhalinin böyük bir qismi hələ də imperiyanın “ədaləti”nə inanırdı. Ancaq imperiya nə öz yalan vədlərinə əməl etmək, nə də xalqın haqlı tələblərinə qulaq asmaq fikrində deyildi. İmperiyanın güclü təbliğat maşını bu haqlı tələbləri radikal millətçilik, dini radikalizm kimi qələmə verir və xalqın oyanışının qarşısını almaq üçün heç bir addımdan çəkinmirdi. 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində Bakıda etiraz dalğası daha da böyümüş və imperiyanın hərbi müdaxiləsi üçün bir fürsətə çevrilmişdir.

Məqalədə bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə ermənilərin də böyük sayda qatıldığı 20 mindən çox ordu Bakıya hücum etmişdir. Sovet ordusunun mülki əhaliyə qarşı silah işlədəcəyini təsəvvür belə etməyən insanlar həmin gecə Bakı şəhərinin dinc sakinlərinin bu ordu tərəfindən necə qəddarlıqla məhv edilməsinin şahidi oldular. Qoşunun Bakıya yeridilməsi barədə qabaqcadan xəbər verilməməsi, yeganə məlumat qaynağı olan dövlət televiziyasının enerji blokunun partladılması ilə fəaliyyətinin dayandırılması, bir qayda olaraq mitinqlərdə istifadə olunan gözyaşardıcı qaz və rezin güllələr əvəzinə ağır döyüş silahlarından istifadə olunması, tankların, pulemyotların, avtomatların bir paytaxt şəhərini müharibə meydanına çevirməsi, qadınlara, uşaqlara və qocalara rəhm etmədən qətllər törədilməsi, təcili yardım maşınlarının və həkimlərin güllələnməsi, yalnız küçədəki insanların deyil, hətta çoxmərtəbəli binaların da gülləyə tutularaq öz evinin içərisində adamların öldürülməsi həm ölkə qanunları, həm də beynəlxalq hüquqa zidd idi. Son məlumatlara görə, Qanlı 20 Yanvar faciəsində 147 nəfər dinc sakin öldürülmüş, 841 nəfər qeyri-qanuni həbs olunmuş, 744 nəfər yaralanmışdır. Cinayətləri gizlətmək üçün öldürülənlərin bir qismi dənizə atılmış, sonrakı istintaq materialları Moskvaya aparılaraq yox edilmişdir.

Materialda bildirilmişdir ki, həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imperiyanın mərkəzi Moskvada özünün və ailəsinin həyatını təhlükədə qoyaraq Azərbaycanın nümayəndəliyində yerli və beynəlxalq kütləvi informasiya vasitələri qarşısına çıxaraq, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirmiş və günahkarların cəzalandırılmasını tələb etmişdir. Hadisələrdən sonra kommunist partiyası sıralarını tərk etdiyini elan edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmışdır. Sonralar da məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verən qərar qəbul olunmuşdur.

20 Yanvar hadisəsi imperiyanın müstəmləkəçilik siyasətini ortaya çıxarmışdır. 20 Yanvar nə qədər ağır bir faciə olsa da, imperiya bununla xalqı öz iradəsindən döndərməyə müvəffəq olmamışdır.

Məqalədə vurğulanmışdır ki, Azərbaycan xalqı 24 il əvvəl haqq yolunda qurban verdiyi şəhidlərini heç bir zaman unutmamışdır. Hər il yüz minlərlə insan Şəhidlər xiyabanına axışır və şəhidlərin xatirəsi ehtiramla yad olunur.

Öz azadlığı, ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş İran xalqı şəhid adının müqəddəsliyini, Azərbaycan xalqının bu hisslərini yaxşı duyur. Allah bütün şəhidlərə rəhmət eləsin.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq