Tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq
Bakı, 29 yanvar, AZƏRTAC
Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, tədbirlər planı “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə işlənəcək. Məqsəd dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılmasıdır.
Strategiyada Nazirlər Kabineti, Dövlət İmtahan Mərkəzi və müvafiq dövlət orqanları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.
Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]