TƏHLÜKƏSİZ OYUN MEYDANÇASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Bala Cəfərli kəndində respublika Qızıl Aypara Cəmiyyətinin layihəsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin maliyyə vəsaiti hesabına təhlükəsiz oyun meydançası istifadəyə verilmişdir.
Kənd sakinləri görülən işləri yüksək qiymətləndirmiş və bu meydançanın uşaq və yeniyetmələrə ən böyük hədiyyə olduğunu bildirmişlər.