Təhqiqatın obyektiv aparılmasına kömək etmək üçün BMT-nin müvafiq qurumuna müraciət ünvanlanıb
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prosedur qaydalarına görə Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, həmin məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə kömək göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlayıb.
Araşdırmaların nəticələri barədə ictimaiyətə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]