TEHRANDA İKT-YƏ ÜZV DÖVLƏTLƏRİN HÜQUQ MÜHAFİZƏ ORQANLARI EKSPERTLƏRİNİN NÖVBƏTİ İCLASI BAŞLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranda İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin hüquq mühafizə orqanları ekspertlərinin növbəti iclası işə başlamışdır.
Üç gün davam edəcək iclasda İKT-yə üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin 2008-ci ildə Səudiyyə Ərəbistanı Krallığında keçirilməsi nəzərdə tutulan II toplantısının vaxtı və gündəliyi, toplantıda müzakirə ediləcək sənədlərin layihəsi və digər məsələlər müzakirə olunacaqdır.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov iclasda iştirak etmişdir.