Tehranla AEBA arasında nüvə təftişlərinə dair danışıqlar nəticəsiz başa çatıb
Vyana, 24 noyabr, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) Tehran arasında nüvə təftişlərinə dair danışıqlar nəticəsiz başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi təşkilatın direktorlar şurasını məlumatlandırıb. O bildirib ki, Tehrana son səfərində əsas mövzu İranın nüvə mərkəzlərinə nəzarətlə bağlı problemlər və nüvə proqramının inkişafına dair açıq suallar diqqət mərkəzində dayanıb. Qeyd edilib ki, bütün səylərə baxmayaraq, nəzarətlə bağlı açıq suallara dair danışıqlarda nəticə əldə olunmayıb.
AEBA-nın baş direktorunun bu məlumatı 2015-ci ildə İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin xilası üçün növbəti Vyana danışıqlarından əvvələ təsadüf edir. Bu isə 2018-ci ildə ABŞ-ın sazişi birtərəfli qaydada tərk etməsindən sonra yerdə qalan ölkələrin apardığı danışıqların aqibəti üçün ürəkaçan xəbər olmayıb. Bununla belə, 6 aylıq fasilədən sonra gələn həftə Vyanada Avropa İttifaqının sədrliyi ilə İranla danışıqların növbəti raundu keçirilməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]